AZƏRBAYCANIN YUNAN-ROMA GÜLƏŞI ÜZRƏ YIĞMA KOMANDASI RUSİYAYA YOLA DÜŞMÜŞDÜR
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, yunan-Roma güləşi üzrə yığma komandamız Rusiyanın Adler şəhərinə yola düşmüşdür.
Üç məşqçi və 14 idmançıdan ibarət komanda səfər çərçivəsində Rusiya yığması ilə birgə təlim-məşq toplantısında iştirak edəcəkdir.
Yığmamızın heyətində Pekin Yay Olimpiya Oyunlarında iştirak etmiş yunan-Roma güləşçiləri Rövşən Bayramov (55 kq), Vitali Rəhimov (60 kq), İlqar Abdulov (74 kq) və Şalva Qadabadze (84 kq) də yer almışlar.
Məşqlər noyabrın 15-dək davam edəcəkdir.
Afina Olimpiadasının qalibi Fərid Mansurov (66 kq) onurğa sütunundakı problemlərin müalicəsi üçün yaxın günlərdə Almaniyaya yollanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]