Azərbaycanla İraq arasında idman və gənclər siyasəti sahəsində əlaqələr müzakirə olunub
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədov bu ölkənin gənclər və idman naziri Əhməd Əl-Mübarqa ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlığa dair imzalanmış sazişin müvafiq müddəalarının icrası, idman sahəsində birgə tədbirlərin və yarışmaların təşkili, Azərbaycan hökumətinin gənclərlə iş təcrübəsinin İraqda tətbiqi barədə fikir mübadiləsi aparılıb.
Müvəqqəti işlər vəkili Azərbaycanda beynəlxalq miqyaslı yarışların keçirilməsi, nəhəng idman və olimpiya komplekslərinin tikilməsi, idmanın ölkədə sürətlə inkişafına dövlətin göstərdiyi dəstək barədə ətraflı məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]
Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir
- 01.10.2026 [12:39]
Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb
- 01.10.2026 [12:13]