Azərbaycanla Səudiyyə Ərəbistanı arasında parlamentlərarası əlaqələr inkişaf edir

Bakı, 24 iyun, AZƏRTAC
Milli Məclisin Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Səudiyyə Ərəbistanı Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupu arasında onlayn formatda görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan–Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin nüfuzlu beynəlxalq platformalarda, eləcə də parlamentlərarası səviyyədə uğurla inkişaf etdiyini vurğulayıb.
O, həmçinin yaşıl enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunaraq, bərpaolunan enerji sahəsində ölkəmizdə görülən işlərdən danışıb, Azərbaycanın “Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsinin və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə əməkdaşlığımızın əhəmiyyətini vurğulayıb.
Onlayn görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva, Səudiyyə Ərəbistanı Şura Məclisinin Səudiyyə Ərəbistanı- Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ali Alşahrani çıxış edərək, dövlətlərimiz arasındakı münasibətlərin əhəmiyyətindən və gələcək inkişaf perspektivlərindən bəhs ediblər.
Görüşdə parlamentlərarası münasibətlərin daha da dərinləşdirilməsi, birgə layihələrin təşviqi və qarşılıqlı səfərlərin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.07.2025 [17:25]
Niderland səfirinin Azərbaycandakı fəaliyyəti başa çatır
- 14.07.2025 [18:47]
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb YENİLƏNİB
“Əkinçi”- 150: Gələcəyə ismarıc
- [10:37]
Avropa İttifaqı Gürcüstan ilə bağlı qərar qəbul edə bilməyib
- 15.07.2025 [23:05]
Trans-Xəzər marşrutu üzrə tranzit həcmi 5 il ərzində 6 dəfə artıb
- 15.07.2025 [22:08]
NATO nümayəndə heyəti ilə görüş keçirilib
- 15.07.2025 [21:43]
“Neftçi” ekvadorlu futbolçunu transfer edib
- 15.07.2025 [21:25]
Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasına yeni kitablar təqdim olunub
- 15.07.2025 [21:06]
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
- 15.07.2025 [20:39]
Zəfər parkı ərazisində Zəfər muzeyinin tikintisi sürətlə davam edir
- 15.07.2025 [19:49]
"Dəniz təbabəti ensiklopediyası" çapdan çıxıb
- 15.07.2025 [18:55]
Belqrad yaxınlığında yanğın baş verib
- 15.07.2025 [18:45]
Bosniya və Herseqovinada meşə yanğınları davam edir
- 15.07.2025 [18:35]
Göyçə gölündə suyun səviyyəsi aşağı düşüb
- 15.07.2025 [18:27]
Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib
- 15.07.2025 [18:25]
Bakıda XIX əsrə aid tarixi abidənin konservasiyadan sonra açılışı olub
- 15.07.2025 [18:13]
Səkkizinci ANİMAFİLM festivalının müsabiqə proqramı elan olunub
- 15.07.2025 [18:04]
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib
- 15.07.2025 [17:36]
Azərbaycanda işgüzar səfərdə olan türk iş adamları ilə görüş keçirilib
- 15.07.2025 [17:29]
® “Ziraat Bank Azərbaycan”ın aktivlərinin cəmi 1 milyard manatı keçib
- 15.07.2025 [17:25]
Niderland səfirinin Azərbaycandakı fəaliyyəti başa çatır
- 15.07.2025 [17:25]
Pirallahıda sahibkarlarla biznes mühitinin inkişafı müzakirə edilib
- 15.07.2025 [17:22]
Ölkəmiz Avstraliyada keçirilən Multikultural Festivalda təmsil olunub
- 15.07.2025 [17:16]
Avropa İttifaqı İtaliyaya xəbərdarlıq edib
- 15.07.2025 [17:15]
Ukraynanın Baş naziri istefa verib
- 15.07.2025 [16:56]
Bolqarıstan mediası: SOCAR İsrailin enerji bazarına strateji çıxış əldə edir
- 15.07.2025 [16:46]
Böyük Britaniyada meşə yanğınları baş verib
- 15.07.2025 [16:41]