Azərbaycanlı alim beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib
Bakı, 1 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Fiziki-kimyəvi analiz şöbəsinin aparıcı еlmi işçisi dosent Nazimhikmət Bektaşi “Science Publishing Group” (“SciencePG”) nəşriyyatında çap olunan “Modern Chemistry” jurnalının redaksiya heyətinin üzvü seçilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, 2013-cü ildən nəşr olunan jurnal dünyanın 210-dan artıq ölkəsində kimyanın bütün sahələrində çalışan tədqiqatçılar, alimlər və mühəndislər arasında əlaqələrin qurulmasına təşviq etmək məqsədi daşıyır. Müasir kimyanın nəzəri və praktiki tədqiqat nəticələrini bu sahədə fəaliyyət göstərən tədqiqatçılara çatdıran jurnal elmin inkişafında əhəmiyyətli rol oynayır.
Qeyd edək ki, alim dünyanın aparıcı tədqiqatçılarından ibarət redaksiya heyətinin Azərbaycandan olan yeganə üzvüdür.