Azərbaycanlı alim Estoniya və Finlandiyanın təhsil sistemi ilə tanış olub
Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin dosenti Zülfiyyə Kərimova “T-Network”- təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşəbbüsü və Estoniya Təhsil Akademiyasının dəstəyi ilə Estoniya və Finlandiyada məktəb təcrübəsi ilə əlaqədar layihədə iştirak edib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi Estoniya və Finlandiya təhsil sistemlərində qabaqcıl təcrübənin izlənilməsi və öyrənilməsidir.
Qeyd edək ki, Estoniya və Finlandiya təhsil sistemi dünyada seçilmiş təhsil sistemlərindəndir.