Azərbaycanlı alim Rusiyada keçirilən onlayn seminarda məruzə ilə çıxış edib
Bakı, 10 fevral, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev Moskvada Rusiya Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutunun təşkilatçılığı ilə “İnformasiya iqtisadiyyatı və innovasiyaların idarə edilməsi” mövzusunda keçirilən onlayn elmi seminarda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi seminarda ümumən informasiya iqtisadiyyatı, institusional iqtisadiyyat, təkamül iqtisadiyyatı məsələləri və digər nəzəri istiqamətlər daxil olmaqla müasir iqtisadi elm və praktikanın aktual problemləri müzakirə olunub.
Müzakirələrdə çıxış edən dosent Əlövsət Əliyev həm seminarın əsas mövzusuna aid, həm də ölkəmizin həyatında elmin rolu haqqında məlumat verib. O, iqtisadi inkişafda elmin aparıcı rolundan, beynəlxalq səviyyəli nəşrlər sahəsində müəyyən ziddiyyətli hallardan da söz açıb.
Ə.Əliyev seminar iştirakçılarına ölkəmizdəki elmin inkişaf strategiyası, qarşıdakı beşillik dövrdə elmi prioritetlərimiz haqqında məlumat verib, eləcə də dövlət-elm-biznes triadasındakı mövcud problemlər və onların həll yolları barədə fikirlərini bölüşüb.
Sonda məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, elmi seminarın materiallarının Rusiyanın aparıcı elmi jurnallarında, habelə elmi məqalələr və kollektiv monoqrafiyalar toplusunda dərc olunması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:27]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]