Azərbaycanlı alimin Beynəlxalq konfransdakı məruzəsi maraqla qarşılanmışdır
Bakı, 5 noyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Roida Rzayeva Koreya Respublikasının Çunan Universitetində (Chung-Ang University) “Asiya idrakının coğrafiyası” mövzusunda keçirilmiş idrakla bağlı müqayisəli elmlər üzrə IV Beynəlxalq konfransda (ICCSM) iştirak etmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, konfransda R. Rzayevanın “Müasir fəlsəfi və mədəni təmayüllər və müasirlik nöqteyi-nəzərindən qeyri-Qərb cəmiyyətlərində ictimai şüurun inkişafına dair” mövzusunda məruzəsi maraqla qarşılanmışdır.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, konfransda dünyanın 11 ölkəsindən nümayəndələr iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]