Azərbaycanlı alimlərin elmi əsəri “Springer” nəşriyyatına daxil olan jurnalda dərc edilib

Bakı, 14 mart, AZƏRTAC
Türkiyənin Yıldız Texniki Universitetinin professoru, AMEA-nın müxbir üzvü Surxay Əkbərovun, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun həmmüəllifi olduğu məqalə “Springer” nəşriyyatına daxil olan “International Applied Mechanics” impakt faktorlu jurnalda çap olunub.
AZƏRTAC xəbər verir ki, məqalə “Qeyri-bircins ilkin gərginlikli ikiqat boş silindirdə qeyri-mükəmməl kontakt şərtlərinin oxasimmetrik dalğaların dispersiyasına təsiri” adlanır.
Son illər həmmüəlliflərin ərsəyə gətirdiyi onlarla elmi aktual məqalə ABŞ, Avropa və Asiyanın yüksək reytinqli jurnallarında dərc olunub. Bu da elmimizin təbliği istiqamətində son dərəcə əhəmiyyətli hadisədir.
Qeyd edək ki, bundan əvvəl tanınmış alimlərin elmi məqalələri ABŞ-ın nüfuzlu “Computers, Materials and Continua” və Niderlandın beşillik impakt faktoru 3.33 olan jurnallarında dərc olunub. Olduqca spesifik və tətbiqi xüsusiyyətli sahə üzrə tədqiqat aparan alimin mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmiş daha bir neçə elmi məqaləsi isə xeyli yüksək reytinqə malik jurnallar tərəfindən qəbul edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [14:33]
Rektor: BMU aqrar sahədə texnoloji təşəbbüslərə elmi dəstək verməyə hazırdır
- 16.05.2025 [14:27]
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 80 yaşını qeyd edir
- 16.05.2025 [14:11]
BDU tələbələri ətraf mühitin qorunması yollarını öyrənirlər
- 16.05.2025 [13:11]
Şərqşünas alim Türkiyədə keçirilən beynəlxalq konfransda məruzə edib
- 16.05.2025 [13:11]
BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində
- 16.05.2025 [12:24]
“Mərkəzi Elmi Kitabxananın nəşrləri” biblioqrafik göstərici çapdan çıxıb
- 16.05.2025 [11:52]