Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
Bakı, 12 oktyabr, AZƏRTAC
“Everest” zirvəsinə yüksələn ilk Azərbaycan vətəndaşı olan qadın alpinist Vəfa Musayeva haqqında çəkilmiş “Sıfırı Bir Etdim” sənədli filmi 10-cu Beynəlxalq DokuBaku Sənədli Film Festivalının DokuMuse müsabiqəsində “Special Mention” mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, filmin nümayişi dünən Bakıda, Nizami Kino Mərkəzində keçirilib.
Film Vəfa Musayevanın həyat yolundan, dağçılıq fəaliyyətindən və qarşıya qoyduğu məqsədlərə çatmaq üçün keçdiyi çətinliklərdən bəhs edir.
Filmin rejissoru və ssenari müəllifi Rüstəm Babazadə, prodüseri Əli-Səttar Quliyev, operatoru isə Natiq Sadıqovdur.