AZƏRBAYCANLI BOKSÇULAR BEYNƏLXALQ DƏRƏCƏLİ İDMAN USTASI ADI UĞRUNDA MÜBARİZƏ APARACAQLAR
Baki, 7 iyul (AZƏRTAC). İyulun 7-dən 13-dək Mahaçqalada Dağıstanın görkəmli ictimai və siyasi xadimi Maqomedsalam Umaxanovun xatirəsinə həsr edilmiş boks üzrə XI beynəlxalq turnir keçiriləcəkdir. Turnirdə birinci yerləri tutan idmançılara beynəlxalq dərəcəli idman ustası adı veriləcəkdir. Yarışlarda Azərbaycan, Almaniya, Çin, Hindistan, İsrail, İtaliya, Estoniya, Latviya, Belarus, Qazaxıstan, Ukrayna, Ermənistan, Rusiya və Bolqarıstan komandaları iştirak edəcəklər.
Azərbaycan Boks Federasiyasının baş katibi İsa Əsgərov bildirmişdir ki, bu komandada ölkəmizin seçmə komandasının ikinci heyətinə daxil olan idmançılar - İlkin Ağayev (54 kq), Famil Süleymanov (57 kq), Ruslan Qasımov (60 kq), Rahib Bəylərov (75 kq), Hafiz İsgəndərov (81 kq) və Elçin İsmayılov (91 kq-dan çox) təmsil olunmuşlar.
Komanda ilə birlikdə məşqçi Elbrus Rzayev və AİBA versiyası üzrə beynəlxalq dərəcəli hakim Ravil Yenikeyev də beynəlxalq turnirə gedəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]