Azərbaycanlı jurnalistlərin sualı Jozep Borreli pis vəziyyətə salıb
Qranada, 6 oktyabr, AZƏRTAC
AZƏRTAC-ın daha əvvəl xəbər verdiyi kimi, oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin (ASB) sammiti çərçivəsində Fransa, Almaniya, Aİ Şurası və Ermənistan rəhbərlərinin (müvafiq olaraq, Emmanuel Makron, Olaf Şolts, Şarl Mişel və Nikol Paşinyanın) qatıldığı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğanın iştirak etmədiyi qeyri-rəsmi görüş keçirilib.
Azərbaycan (o cümlədən, İTV teleşirkətinin) jurnalistləri Avropa diplomatiyasının başçısı Jozep Borrelə sual vermək imkanı əldə ediblər və ondan Avropanın nə üçün Ukrayna, Moldova, Gürcüstanda separatçılarla mübarizə apardığını, lakin Azərbaycanda bunu etmədiyini soruşublar.
Bir neçə saniyəlik sükutdan sonra çox güman ki, Avropanın ikili standartlarına necə haqq qazandıracağını düşünən siyasətçi düz-əməlli cavab tapa bilməyib və ancaq “biz bunu edirik” deyə bilib, lakin Brüsselin məhz “nəyi etdiyinə” aydınlıq gətirməyib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Qranada
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]
Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb
- 10.06.2026 [15:48]