AZERCELL ƏN İRİ VERGİ ÖDƏYİCİSİDİR
Yeddi ildən bəri Azərbaycanda fəaliyyət göstərən və mobil rabitə lideri imici qazanan Azercell Telekom Birgə Müəssisəsi həm də respublikanın ən iri vergi ödəyicisidir.
Birgə müəssisənin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, təkcə 2003-cü ildə Azercell dövlət büdcəsinə 26 milyon 509 min 260 ABŞ dollarından çox vergi ödəmişdir. Yeddi ildə bu rəqəm 93 milyon 805 min 897 dollar olmuşdur.