İDMAN
“AZERCELL KUBOKU” UĞRUNDA 1-Cİ MİNİ-FUTBOLTURNİRİ BAŞA ÇATMIŞDIR
Müəssisənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, turnirin keçirilməsindən məqsəd şirkətlər arasında dostluq əlaqələrini möhkəmləndirmək, korporativ abonentlerin asudə vaxtlarını səmərəli keçirməsinə yardım etmək, onların sağlamlığının keşiyində durmaq və Azərbaycanda futbolu inkişaf etdirməkdir.
Turnirin seçmə oyunlarına 80 komanda qoşulmuş və bunlardan 20-si qrup oyunlarına qatılmış, yarımfinala 4 komanda çıxmışdır. Çempion adının və “Azercell kuboku”nun sahibi isə “Karasu Devon” komandası olmuşdur. Qaliblərə Azercell-dən medal və qiymətli hədiyyələr verilmişdir.