AZERCELL ÖDƏNİŞ MƏNTƏQƏLƏRİNİN GENİŞ ŞƏBƏKƏSİNİ YARATMIŞDIR
Birgə müəssisənin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, işğal edilmiş ərazilər istisna olmaqla, Azercell-in məntəqələri Azərbaycanın iri şəhərlərinin çoxunu əhatə edir.
Bu mobil rabitə operatoru ilk dəfə olaraq, özünün Poçt-Paid abonentlərinə faktura ödənişlərini (avans) bankomatlar vasitəsilə həyata keçirmək imkanı vermişdir. Belə ödənişləri maneəsiz təmin etmək üçün ölkə ərazisində onun 230 məntəqəsi fəaliyyət göstərir.