AZERCELL ÖZÜNÜN BEYNƏLXALQ RABİTƏ ŞƏBƏKƏSİNİ GENİŞLƏNDİRİR
Azercell-in mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda abonentlərimiz Avropa, Asiya, Amerika və Afrika ölkələrində mobil rabitə xidmətindən maneəsiz istifadə edə bilirlər. Təkcə 2003-cü ildə Birgə Müəssisə 17 ölkədən olan 45 operatorla rouminq sazişi bağlamış, həmçinin dünyanın 87 ölkəsi və 188 operatoru ilə sıx əməkdaşlıq əlaqələri qurmuşdur.