AZERCELL QADINLAR ÜÇÜN BAYRAM HƏDİYYƏSİ HAZIRLAMIŞDIR
Azercell-in mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu il də qadınlar hədiyyəsiz qalmayacaqlar, yəni fevralın 20-dən martın 20-dək telefonuna SimSim kartı yükləyən hər bir xanım hədiyyə kimi 2200 kontur alacaqdır. Yalnız Azərbaycan vətəndaşlarının iştirak edə biləcəyi bu kampaniyanın şərtlərinə görə, bir nəfər üçün yalnız bir nömrə almaq mümkündür.