AZERCELL XEYRİYYƏÇİLİK MİSSİYASINI DAVAM ETDİRMƏK NİYYƏTİNDƏDİR
Birgə Müəssisənin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2003-cü ildə Azercell-in maliyyə dəstəyi ilə “Ümid yeri” uşaq evi əsaslı təmir olunmuş və burada bayram şənlikləri təşkil edilmişdir. Bundan əlavə, mobil rabitə liderinin hesabına “Küçə uşaqları: sosioloji və psixoloji portret” kitabı işıq üzü görmüş, birinci sinif şagirdləri üçün məktəb ləvazimatı alınmış, Azərbaycan Dövlət Neft Akademiyasında 52-ci elmi-texniki konfrans, eləcə də 1-ci Bakı Milli Turizm Festivalı keçirilmişdir. Birgə Müəssisə Milli Parkın abadlaşdırılması üçün də vəsait ayırmışdır.
Azercell muğam, opera, estrada və rəqs ulduzlarının - Alim Qasımov, Fidan və Xuraman Qasımova bacıları, Murad Adıgözəlov və Zülfiyyə Xanbabayeva kimi tanınmış sənətçilərin, həmçinin “Uşaq ulduzları” ansamblının yaradıcılığına da maliyyə yardımı göstərmişdir.