“AZƏRDƏMİRYOLBANK” ÖLKƏMİZİN MÜDAFİƏSİNİN MÖHKƏMLƏNDİRİLMƏSİNƏ ÖZ TÖHFƏSİNİ VERİR
Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ölkəmizin etibarlı müdafiəsi üçün çevik, döyüş qabiliyyətli, müasir texnika ilə təchiz edilmiş ordunun olmasının vacibliyini dərk edən “Azərdəmiryolbank”ın kollektivi dövlətimizin müdafiə qabiliyyətinin artırılması işinə öz töhfəsini verməyə çalışır.
Bu, bankın Vətənimizin müdafiəçilərini dəstəkləyən yeganə aksiyası deyildir. Məsələn, bu maliyyə qurumunun dəstəyi ilə Novruz bayramında hərbi hissələrdə idman tədbirləri keçirilmiş, yarışlarda iştirak edən əsgərlərimizə qiymətli mükafatlar və xatirə hədiyyələr təqdim olunmuşdur. Hərbi hissələrdə tanınmış müğənnilərin iştirakı ilə konsertlər, digər təşkil tədbirlər edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]