“Azəriqaz” Xırdalanda səyyar formada xidmətlər həyata keçirəcək
Bakı, 21 iyun, AZƏRTAC
Aparılan kütləvi işlər və vətəndaşların çoxsaylı müraciətləri ilə əlaqədar Abşeron rayonundakı səyyar “ASAN xidmət” çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Qobu qəsəbəsində səyyar formada həyata keçirilən xidmətlər iyunun 28-dək Xırdalan şəhərində təşkil olunacaq.
İB-dən AZƏRTAC-a bildirilib ki, birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək. İstehlakçılar bu layihə çərçivəsində sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, müqavilələrin bağlanması, itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi və koda düşmüş kartların bərpası da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsində əsas məqsəd xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [22:31]
Lənkəranda Heydər Əliyevin əziz xatirəsi yad olunub
- 10.05.2026 [16:43]
I MDU Yaşıl Kampus İdman Festivalı təşkil edilib VİDEO
- 10.05.2026 [16:12]
Daşkəsəndə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib
- 10.05.2026 [15:03]