“AZƏRİQAZ” YAPONİYA BANKINDAN ALDIĞI KREDİTİ QAYTARIR ``
“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti Yaponiya Mədaxil Bankından aldığı kreditin 1 milyon 200 min ABŞ dollarını qaytarmışdır.
Cəmiyyətin sədri Əlixan Məlikov AZƏRTAC-ın müxbirinə demişdir ki, kreditlərin vaxtında qaytarılması ilə bağlı heç bir problem yoxdur. Bu ilin sonuna qədər Yaponiya Mədaxil Bankına əlavə olaraq 800 min ABŞ dolları məbləğində kredit qaytarılacaqdır.