“AZƏRİQAZ”A 173,6 MİLYON KUBMETR TƏBİİ QAZ TƏHVİL VERİLMİŞDİR
Səhmdar cəmiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, təhvil alınan qazın ümumi həcminin 159.7 milyon kubmetri “Azneft” İstehsalat Birliyinin neft-qazçıxarma idarələrinin payına düşür. Birlik təhvil proqnozunu 100,7 faiz yerinə yetirmişdir.
Müştərək müəssisələr və əməliyyat şirkətləri isə təhvildə daha yüksək göstəricilərə nail olmuşdur. Bu qurumlar “Azəriqaz”a nəzərdə tutulandan 1,3 milyon kubmetr artıq, yəni 7,2 milyon kubmetr qaz təhvil verərək, proqnoza 122 faiz əməl etmişlər.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) tərkibinə daxil olan şirkətlər yanvar ayında proqnozdan 3,5 milyon kubmetr az qaz təhvil vermişdir.