REGİONLAR
“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Tovuzda keçiriləcək
Bakı, 20 iyun AZƏRTAC
SOCAR “Azəriqaz” İB-nin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələrinin iştirakı ilə Tovuz rayonunda “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüş təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, aksiya şəhər parkında baş tutacaq. “Səyyar qəbul otağı” iyunun 21-də saat 10:00-dan 11:00-a qədər sahibkarların xidmətində olacaq. Təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.