“Azərlotereya” lotereya həvəskarlarına müraciət edib
Bakı, 10 mart, AZƏRTAC
“Azərlotereya” ASC lotereya həvəskarlarına müraciət edib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azərlotereya” tərəfindən təşkil olunan “Yeni Binqo” tirajlı lotereyasının keçirilməsinə martın 2-dən etibarən xitam verilib. “Yeni Binqo” tirajlı lotereyasında oynanılan və udulmayan iri pul mükafatları (“CekPot” 10 000 manat, “MeqaPot” 49 000 manat, “Binqo” 47 000 manat, “Super Binqo” 23 000 manat və “Fortuna” 45 000 manat) cəmi 174 min manat olmaqla aprelin 5-dən etibarən “4+4” tirajlı lotereyasının “CekPot” pul mükafatına əlavə olunur və həftədə 3 dəfə olmaqla (bazar ertəsi, çərşənbə və cümə günləri) saat 21:00-da “Space TV” kanalı vasitəsilə yayımlanacaq. Lotereya biletlərini satış məntəqələrindən və “www.azerlotereya.com” internet saytı vasitəsilə əldə edə bilərsiniz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:41]
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- 07.10.2026 [11:37]
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb
- 07.10.2026 [11:27]