“Azərpoçt” Ümumdünya Poçt Günü ilə bağlı güzəşt kampaniyası keçirir
Bakı, 4 oktyabr, AZƏRTAC
“Azərpoçt” MMC 9 Oktyabr - Ümumdünya Poçt Günü münasibətilə güzəşt kampaniyası keçirir.
MMC-dən AZƏRTAC-a bildirilib ki, Rusiya Federasiyasına göndərilən EMS (sürətli poçt rabitəsi xidməti) göndərişlərinin tariflərinə oktyabr ayı ərzində 50 faizədək endirim edilir. Rusiyaya EMS-lə göndəriş edən hər kəs bu fürsətdən yararlana bilər.
Xatırladaq ki, EMS fiziki poçt xidmətləri növlərindən ən sürətlisidir. Bu xidmət vasitəsilə məktubların, sənədlərin və malların qısa zamanda yığılması, daşınması və çatdırılması həyata keçirilir.