“AZƏRREYL” DALBADAL DÖRDÜNCÜ QƏLƏBƏSİNİ QAZANMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, dekabrın 1-də Belqradda Çempionlar liqasının “B” qrupunda yarışan qadın voleybolçuların görüşündə Serbiya-Çernoqoriyanın “Srvena Zvezda” və Azərbaycanın “Azərreyl” komandaları qarşılaşmışlar.
Oyun Azərbaycan voleybolçularının tam üstünlüyü ilə keçmişdir. Birinci hissədə uzun müddət hesab arasında fərq çoxalmasa da, ustalıq səviyyəsinə görə voleybolçularımızın üstünlüyü aydın nəzərə çarpırdı. Təsadüfi deyildir ki, birinci hissə “Azərreyl”in 6 xal üstünlyü şəraitində - 25:19 hesabı ilə başa çatdı.
İkinci hissədə ilk xalı “Srvena Zvezda”nın qazanmasına, üstünlüyü xeyli əldə saxlamasına baxmayaraq, son sözü Faiq Qarayevin yetirmələri dedilər - 26:24.
Üçüncü hissədə komandamız daha inamlı təsir bağışlayırdı. Artıq 8-ci dəqiqədə onlar dörd xal üstünlüyü ilə irəli çıxmışdılar. Hesab qonaqların xeyrinə getdikcə artırdı. Ev sahiblərinin məşqçiləri məğlubiyyətlə barışaraq komandanın heyətində məqsədsiz dəyişikliklər edir, qızlara sadəcə olaraq oynamaq imkanı verirdi. Bu hissə də həmyerlilərimizin qələbəsi ilə başa çatdı- 25:13.
Beləliklə, “Azərreyl” dalbadal dördüncü qələbəsini qazandı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
- 29.09.2026 [03:17]
Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]