CƏMİYYƏT
“Azərsu” kanalizasiya baxış quyularının oğurlanması ilə bağlı polisə müraciət edib
Bakı, 9 iyun, AZƏRTAC
Bakı şəhəri, Binəqədi şosesi, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qarşısındakı küçədə “Azərsu” ASC-yə məxsus 4 kanalizasiya baxış quyusunun və siyirtmə kamerasının qapaqları ötən gecə naməlum şəxslər tərəfindən oğurlanıb. Faktla bağlı Binəqədi Rayon Sukanal İdarəsi tərəfindən Binəqədi Rayon Polis İdarəsinə müraciət olunub.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, kanalizasiya baxış quyularının və siyirtmə kameralarının qapaqlarının oğurlanması ərazidə piyadaların və nəqliyyatın hərəkətinə təhlükə yaradır. Eyni zamanda, quyuların kənardan bərk məişət tullantıları ilə dolmasına və istismarının çətinləşməsinə səbəb olur.