Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azexport.az” vətəndaşları e-ticarətdən istifadəyə dəvət edir

“Azexport.az” vətəndaşları e-ticarətdən istifadəyə dəvət edir

Bakı, 6 aprel, AZƏRTAC

“Azexport.az” internet portalı qlobal pandemiya dövründən minimum zərərlə çıxmaq məqsədilə sahibkarları daha sıx əməkdaşlığa dəvət edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Azexport” portalının meneceri Ayxan Qədəşov araşdırmasında deyib.

“Yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə əksər dünya ölkələri sosial izolyasiya tədbirlərinin tətbiqinə başlayıb. Tətbiq olunan izolyasiya tədbirləri insanların gündəlik istehlak vərdişlərinin sürətlə dəyişməsi ilə nəticələnib. Əksər sahələr kimi ticarət qaydalarına da yeniliklər gəlib. “Acosta”nın ABŞ vətəndaşları arasında apardığı sorğuların nəticələrinə əsasən ehtimal olunur ki, pandemiya dövrü bitdikdən sonra da istehlakçılar izdihamlı ticarət mərkəzlərindən və iri supermarketlərdən daha az istifadəyə maraqlı olacaqlar. Bu vaxta qədər rəqəmsal ticarətə qarşı olan istehlakçılar da bu imkanlardan istifadəyə yönəlməkdədirlər. Hazırda rəqəmsal platformalardan istifadə edənlər arasında Z (25 yaş) nəslinin nümayəndələri üstünlük təşkil edir. Lakin, Ümumdünya Səhiyyə Təşkilatının bəyanatına əsasən, 65 yaşdan yuxarı insanların risk qrupunda olduğunu nəzərə alsaq, tədricən bu qrupdan olan insanların da rəqəmsal ticarət platformalarını daha çox ziyarət edəcəklərini demək olar. İndi bütün dünya rəqəmsal texnologiyaların sürətli tətbiqi ilə əlaqəli olan kəskin bir sıçrayış yaşayır. Nə qədər qəribə olsa da, insan sağlamlığı üçün təhlükəli olan yeni növ koronavirus infeksiyası fərqli bir inkişaf mərhələsini başladıb. Pərakəndə satışlarla yanaşı, ənənəvi biznes qaydaları da yenilənir. İnsanlar instinktiv olaraq sağlamlığını qorumaq məqsədilə əhalinin sıx istifadə etdiyi supermarketlərin əvəzinə “e-grocery” xidmətlərindən istifadə edərək gündəlik tələbat məhsullarının onlayn sifarişlə alınmasına üstünlük verməyə başlayıblar. Almaniyanın nüfuzlu jurnallarından biri olan “M+A” Şimali Amerika, Asiya və Avropada növbəti üç ay ərzində müxtəlif kateqoriyaları əhatə edən 440-dan çox müxtəlif sərginin ləğv olunduğunu bildirib. Statistikalara nəzər yetirdikdə qlobal pandemiyanın çağırışlarına sürətlə cavab verərək onlayn satışlara keçid edən əksər təchizatçıların ciddi zərər etmədiklərini, hətta əksinə ötən illərlə müqayisədə gəlirlərinin artdığını görmək mümükündür. Belə ki, COVID-19 infeksiyasının başlanğıc nöqtəsi hesab olunan Çində 2020-ci il fevral ayının ikinci yarısından etibarən ərzaq çatdırılması xidməti göstərən “Miss Fresh” şirkəti onlayn sifarişlərin ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə artdığını bildirib. Həmçinin ərzaq məhsullarının onlayn satışı ilə məşğul olan “Dada” şirkəti də sifarişlərin ötən ilin analoji dövrü ilə müqayisədə 215 faiz artdığını qeyd edib”, - deyə o bildirib.

A.Qədəşovun sözlərinə görə, mövcud vəziyyət iri marketlərə də təsirsiz ötüşməyib. Belə ki, Çində 486 pərakəndə satış marketinə sahib “Sun Art Retail Group” şirkəti fevralın 4-dən etibarən 390 satış məntəqəsini bağladığını və satışların onlayn həyata keçiriləcəyini elan edib. Müştərilərinə “WeChat” tətbiqi vasitəsilə məhsul sifarişi imkanı təqdim edən şirkət 2020-ci ildə ötən ilin analoji dövrü ilə müqayisədə satışlarda 25 faizlik artım müşahidə olunduğunu bildirib. Səkkiz yüzdən çox supermarketə sahib məşhur Çin şirkəti “Yonghui Group” 2020-ci ilin ilk üç ayında ötən ilin analoji dövrü ilə müqayisədə ümumi əməliyyatların sayında 465 faiz, onlayn satışlarda isə 600 faizlik artım olduğunu açıqlayıb. Türkiyədə də əksər şirkətlər pərakəndə satış məntəqələrini bağladığını və satışların yalnız onlayn qaydada həyata keçiriləcəyini elan edib. Buraya “Boyner”, “YKM”, “Vakko”, “LC Waikiki”, “Kiğılı”, “Network”, “Karaca”, “İpekyol”, “Tumi”, “Flo”, “Desa”, “U.S Polo”, “Greyder”, “Lufian”, “Altınyıldız” kimi iri şirkətlər daxildir. Göründüyü kimi, sərt karantin rejiminin tətbiq olunduğu dövlətlərdə əhalinin tələbatının ödənilməsi birbaşa rəqəmsal ticarət platformalarının üzərinə düşür. Amerikanın rəqəmsal ticarət bazarının 38 faizini tutan və sahə üzrə ən böyük ticarət dövriyyəsinə sahib olan “Amazon” anbar və kuryer xidmətləri üzrə əlavə 100 min işçinin cəlb olunacağını bildirib. “Amazon” rəsmiləri bu qərarın yaşayış yerlərini tərk edə bilməyən istehlakçıların sifarişlərinin təmin olunması məqsədilə verildiyini deyir. Bununla yanaşı, “Alibaba”, “Etsy”, “Ozon”, “Ebay” kimi geniş ziyarətçi kütləsinə sahib rəqəmsal ticarət platformaları da cari ilin birinci rübündə yeni alıcı və satıcıların qeydiyyatında ciddi artımların müşahidə olunduğunu açıqlayır.

“COVID-19 infeksiyasının Azərbaycan iqtisadiyyatına təsirlərinin azaldılması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə zərərçəkən 4 sektor və 20 fəaliyyət istiqamətini əhatə edən dəstək proqramı hazırlanıb. ÜDM-in 3,1 faizini təşkil edən 2,5 milyard manatlıq dəstəkdə 9 proqram layihəsi işlənib. Bunlardan koronavirus pandemiyasından zərərçəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçinin əməkhaqqının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi sahibkarlara maliyyə dəstəyi, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfelləri üzrə kredit zəmanət dəstəyi kimi proqramları qeyd edə bilərik. Həmçinin Nazirlər Kabineti tərəfindən yeni növ koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına əsasən, pandemiya dövründə iqtisadiyyatda baş verən proseslərin operativ izlənilməsi, bu barədə Nazirlər Kabinetinin mütəmadi məlumatlandırılması məqsədilə aidiyyəti dövlət qurumları və dövlət müəssisələri tərəfindən tələb olunan həcmdə məlumatların təqdim olunması üçün elektron baza yaradılıb. Hökumət tərəfindən təqdim olunacaq dəstək proqramları iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən sahibkarlara qlobal pandemiya dövründə fəaliyyətlərinin dayanıqlığının təmin olunması üçün əsas təkanverici qüvvədir. Bu proqramlara cavab olaraq sahibkarların yaranan böhranın çağırışlarına, yeniliklərinə cavab vermələri gözlənilir. Bu baxımdan Prezident İlham Əliyevin 2016-cı il 21 sentyabr tarixli Sərəncamına əsasən yaradılan və dövlət-özəl tərəfdaşlığında mühüm yer tutan “Azexport.az” internet portalı qlobal pandemiya dövründən minimum zərərlə çıxmaq məqsədilə sahibkarları daha sıx əməkdaşlığa dəvət edir. Azərbaycanın aparıcı rəqəmsal ticarət platformalarından hesab olunan “Azexport.az” portalı “Amazon”, “Alibaba”, “All.biz”, “Go4worldbusiness” kimi 15-dək beynəlxalq rəqəmsal ticarət platformalarına inteqrasiya olunub. Portalın fəaliyyət göstərdiyi 3 il ərzində Azərbaycan məhsullarının sadalanan platformalarda təmsil olunma nisbəti 300 dəfədən artıq çoxalıb. Regionda ilk dəfə olaraq sahibkarlara “Google Market Finder” tətbiqi vasitəsilə ödənişsiz olaraq bazar araşdırması aparan, istehsal etdikləri məhsullara hansı ölkələrdə daha çox tələbat olduğuna dair marketinq məlumatları təqdim edən ilk dövlət portalıdır. Həmçinin portal region ölkələrində elan olunan iri dövlət və özəl tenderlərinə dair sahibkarlara müntəzəm məlumatlar təqdim edərək tenderlərdə iştirak üçün tələb olunan sənədləşmələrin aparılmasında dəstək göstərir. Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası olan “Azexport.az” internet portalında hazırda 10 mindən çox məhsul və 3 mindən artıq təchizatçı qeydiyyatı mövcuddur. “Azexport.az” internet portalı tərəfindən dünyanın ən çox ziyarətçi kütləsinə sahib olan qabaqcıl rəqəmsal ticarət platformalarında bütün ilboyu Azərbaycan məhsulları “qızıl üzv” adı ilə yüksək səviyyədə nümayiş etdirilir. Bu platformalar vasitəsilə 2017-ci ilin yanvar ayından 2020-ci ilin fevralın 29-na kimi (38 ay ərzində) “Azexport.az” internet portalına 141 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 687 milyon ABŞ dolları təşkil edib.

Koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyət əksər dünya ölkələrində gündəlik qida məhsullarına tələbatın artmasına səbəb olub. Bu baxımdan “Azexport.az” internet portalına daxil olan sifarişlərdə də artım müşahidə edilir. Belə ki, cari ilin fevralında portala daxil olan ixrac sifarişlərinin dəyəri 60,7 milyon dollar təşkil edib və 2019-cu ilin fevralı ilə müqayisədə 12,6 faiz və ya 6,8 milyon dollar artıb. Qeyd olunan dövrdə portala əsasən soğan, sarımsaq, pomidor, kartof, pambıq yağı, toyuq əti, toyuq yumurtası kimi məhsullara daha çox sifarişlərin daxil olduğu görünür”, - deyə o qeyd edib.

Azərbaycanda ilk dəfə olaraq “Azexport.az” internet portalı tərəfindən təqdim olunmağa başlanılan “Sərbəst satış sertifikatı” sayəsində ABŞ, Avropa, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, İndoneziya, Dominikan kimi yalnız məhdud siyahı üzrə məhsul ixracı mümkün olan ölkələrə artıq “Made in Azerbaijan” brendi ilə yeni məhsullarla çıxış imkanı yaradılıb. Portal 2 ildən bir qədər artıq müddətdə 10-dan çox yerli şirkətə üç yüz adda məhsul üçün “Sərbəst satış sertifikatı” təqdim edib.

Pandemiya dövründə tətbiq olunan karantin rejimlərinin tələblərinə uyğun olaraq istehsal müəssisəni tərk etmədən ixrac olunacaq məhsullara sertifikatların alınması, həmçinin portal nümayəndələrinin ixrac bəyannaməsinin doldurulması imkanları da “Azexport.az” internet portalında mövcuddur. Bunun üçün dünyada ilk dəfə olaraq portal tərəfindən “Onlayn vahid ixrac ərizəsi” Azərbaycan sahibkarlarının istifadəsinə verilib.

Qısa müddət ərzində tam işlək rəqəmsal satış kanalı

Portal qlobal pandemiya dövründə ixrac məhsulları ilə yanaşı, daxili bazar üçün nəzərdə tutulmuş gündəlik tələbat mallarının da realizə olunması üçün unikal həll yoludur. Mövcud vəziyyətdə portalın üstünlüklərindən biri də, sahibkarlar əlavə vaxt və maliyyə resursu xərcləmədən istehsal etdikləri məhsulları xarici bazarlarla yanaşı daxili bazarda da xidmət haqqı və ya satışlardan komissiya tutulmadan onlayn qaydada realizə edə bilmələridir. Belə ki, sadə rəqəmsal ticarət platformasının hazırlanması və bir il ərzində aktiv saxlanılması orta hesabla 7500 AZN (operator və texniki inventarın saxlanılması) maliyyə resursu tələb edir. Bununla yanaşı, platformanın tam funksional işlək hala gətirilməsi uzun müddət çəkə bilər. Təchizatçıların dəyişən istehlakçı tələblərinə çevik reaksiya verməsi böyük önəm kəsb edir. “Azexport.az” internet portalında təchizatçının şəxsi səhifəsinin yaradılması, məhsulların üç dildə portala yerləşdirilərək satışa çıxarılması bir gündən də az müddətə mümükündür.

Nağdsız ödəniş imkanları

Yeni koronavirus infeksiyasının əhali arasında geniş yayılmasının qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı nağdsız ödənişlərə üstünlük verilməsini tövsiyə edir. Metal və kağız pul əsginasları virus və bakteriyaların ən çox yayılma səbəblərindən biri kimi göstərilir. Metal pulların kağız əsginaslara nisbətdə virusun yayılmasında daha geniş rol oynaması səbəbindən Çin rəsmiləri yaxın gələcəkdə bu pulların ölkə ərazisində dövriyyədən çıxarılması məsələsini gündəmə gətirə bilər.

Müasir rəqəmsal ödəniş xidmətlərinə inteqrasiya olunan “Azexport.az” internet portalı “Visa”, “MasterCard” və “American Express” kart sahibləri üçün portal üzərindən ödəmələri tam təhlükəsiz və sürətli həyata keçirilməsini təmin edir. Bu isə istehlakçılara sifariş olunan məhsulların dəyərinin nağdsız ödənilməsi imkanı yaradır. Pandemiya dövründə kuryer və istehlakçı arasında nağd pul dövriyyəsinin olmaması virusa yoluxma riskləri minimuma endirir.

Nəqliyyat logistika xidmətləri

Portalda sifarişlərin kuryer vasitəsilə ünvana çatdırılması xidməti də mövcuddur. Çin təcrübəsində onlayn olaraq sifariş olunan məhsul kuryer və istehlakçı təması olmadan həyata keçirilir. Belə ki, sifarişçi məhsulun dəyərini onlayn ödəyir, kuryer sifariş olunan məhsulu ünvana çatdırdıqdan sonra həmin ərazidən uzaqlaşaraq telefon vasitəsilə bu barədə sifarişçiyə məlumat verir.

Portal tərəfindən təqdim olunan xidmətlərə görə satışlardan komissiya və ya abunə haqqı yoxdur. Xidmətlər tam olaraq ödənişsizdir. Xidmətdən istifadə etmək istəyən sahibkarların “Azexport.az” internet portalında qeydiyyatdan keçərək istehsal etdikləri məhsullar barədə məlumatları yerləşdirmələri kifayətdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb