Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azıx mağarasına həsr olunmuş monoqrafiya çapdan çıxıb

Azıx mağarasına həsr olunmuş monoqrafiya çapdan çıxıb

Bakı, 19 oktyabr, AZƏRTAC

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Daş dövrü arxeologiyası şöbəsinin müdiri tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun rəhbərliyi altında M.M.Hüseynov, S.D.Əliyev, A.A.Veliçko, D.V.Hacıyev, Ə.Q.Cəfərov, Ə.V.Məmmədov, M.B.Süleymanov, N.B.Şirinovun müəllifliyi ilə “Azıx mağarası: Azərbaycan ərazisində ən qədim ibtidai insan düşərgəsi” adlı monoqrafiya rus dilində çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada 1960-1986-cı illərdə aparılmış arxeoloji tədqiqatlar zamanı tapılmış maddi-mədəniyyət qalıqları tədqiq olunub, Azıx paleolit düşərgəsindən tapılmış Quruçay, Qədim Aşel, Orta Aşel, Mustye mədəniyyətinə aid daş məmulatının texniki-tipoloji xüsusiyyətləri müəyyən edilib. Eyni zamanda, monoqrafiyada düşərgənin stratiqrafiyası, heyvanat aləmi, bitki örtüyü və digər cəhətlər tədqiq olunub. Maddi-mədəniyyət qalıqlarında arxeologiya, paleontologiya, paleoantropologiya, paleocoğrafiya, paleogeomorfologiya və digər elm sahələrinə aid arxeoloji faktlar var. Məhz buna görə də dünyanın tanınmış arxeoloqları Azıxdan tapılmış maddi-mədəniyyət qalıqlarının tədqiqinə və təbliğinə yüksək qiymət verirlər.

Monoqrafiya 10 fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat siyahısı, Azərbaycan və ingilis dillərində xülasə, fotoşəkillər və əmək alətlərinin qrafik şəkillərindən ibarətdir. Nəşrdə qazıntıların kompleks şəkildə elmi nəticələri şərh olunub. Kompleks tədqiqatlar zamanı məlum olub ki, Azıx düşərgəsindən tapılmış arxeoloji, paleontoloji, paleocoğrafi, paleogeologiya və digər tapıntılar daş dövrünün ayrı-ayrı arxeoloji mədəniyyətlərini öyrənmək üçün ən zəngin maddi-mədəniyyət əsaslarına malikdir. Azıx düşərgəsinin 14 metrdən artıq çöküntülərində 10 arxeoloji təbəqə qeydə alınaraq tədqiq olunub. Düşərgənin stratiqrafiyasından arxeoloji və fauna qalıqları ilə yanaşı, ocaq qalıqları, ibtidai tikili yeri və digər tapıntılar əldə olunub. I və II təbəqələrdə arxeoloji qazıntılar zamanı eneolit, tunc, antik və orta əsrlərə aid maddi-mədəniyyət qalıqları tapılıb. III təbəqədə Mustye mədəniyyətinə aid maddi-mədəniyyət qalıqları aşkarlanıb. IV təbəqə, qazıntılar zamanı nümunələr tapılmadığı üçün “lal təbəqə” adlanır. V təbəqədə Orta Aşel mədəniyyətinə aid, VI təbəqədə Qədim Aşel, VII-X təbəqələrdə isə Quruçay mədəniyyətinə aid arxeoloji və paleontoloji tapıntılar əldə olunub. Monoqrafiyada ayrı-ayrı arxeoloji mədəniyyətlərin xarakterik xüsusiyyətləri, əmək alətlərinin texniki-tipoloji cəhətləri dünyanın digər abidələri sırasında Azıx düşərgəsinin tutduğu yer və digər xüsusiyyətlər geniş şərh olunub. Düşərgədən tapılmış milyondan artıq heyvan sümükləri əsasında Paleolit dövrünün heyvanat aləmi, eləcə də paleocoğrafiyası kompleks şəkildə tədqiq olunub.

Tədqiqat zamanı məlum olub ki, Qarabağın dağlıq ərazisində ən qədim zamanlarda təbii kars mağaraları əmələ gəlib. Məhz buna görə Azərbaycanın ilk sakinləri hələ 2,5 milyon il əvvəl Qarabağın Quruçay sahillərində və Azıx mağarasında məskunlaşmağa başlamışlar. Ən qədim zamanlardan Qarabağın Quruçay və Köndələnçay vadilərində əlverişli təbii coğrafi şərait mövcud olub. Hələ 2-3 milyon il əvvəl Quruçay vadisində mülayim iqlim şəraitində çoxlu heyvanlar yaşayıb. Eyni zamanda, Quruçay vadisi, Azıx və Tağlar paleolit düşərgələri yerləşən ərazidən ibtidai insanlar əmək alətləri hazırlamaq üçün xammal mənbəyi kimi istifadə ediblər. Quruçay vadisində və həmçinin Tuğ çökəkliyində kvars, kvarsit, bazalt, felzit, yaşma, çaxmaq, dəvəgözü və s. daşları mövcud olub.

Azıx paleolit düşərgəsinin VII-X təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı 300-dən artıq daş məmulatı və bir neçə ədəd ovlanmış heyvan sümüklərinin qalıqları tapılıb. Ən aşağı təbəqələrin daş məmulatı içərisində kobud əl çapacaqları, kubvari alətlər, kobud qaşovlar və vurma səthi yaxşı saxlanmış qəlpələr də qeydə alınıb. Azıx paleolit düşərgəsində təbəqələrin yerləşmə səviyyəsindən asılı olmayaraq VII-X təbəqələrin daş məmulatı eyni texniki üsulla hazırlanıb. Bu xüsusiyyətlər əmək alətlərinin ümumi görünüşündə ərplə örtülməsindən asılı olmayaraq saxlanılma dərəcəsində, texniki və tipoloji əlamətlərində özünü göstərir. Qədim Azıx düşərgəsinin ulu sakinləri əmək alətlərini hazırlamaq üçün təbii çay daşlarını Quruçaydan toplayıb mağaraya gətiriblər. Eyni zamanda, Azıx düşərgəsinin ibtidai sakinləri Quruçay dərəsində ovçuluq və yığıcılıqla məşğul olublar. Quruçay vadisində ibtidai insanların yaşaması üçün bütün zəruri nemətlər mövcud olub.

Düşərgədə aparılan elmi tədqiqatlar zamanı müəyyən olunub ki, Quruçay mədəniyyətinin ilkin mərhələsində əmək alətləri olduqca kobud və bəsit hazırlandığı halda, sonrakı inkişaf mərhələlərində isə onların hazırlanma texnikası təkmilləşmiş və yeni-yeni əmək alətləri hazırlanmağa başlanıb.

Azıx paleolit düşərgəsinin V təbəqəsinin IV layında aparılan arxeoloji tədqiqatlar zamanı daş məmulatı və fauna qalıqları ilə yanaşı, qədim insana məxsus çənənin tapılması mühüm əhəmiyyətə malikdir. Çünki 1968-ci ilə qədər keçmiş SSRİ ərazisində Orta Aşel mədəniyyətinə aid paleoantropoloji tapıntı qeydə alınmamışdı. Azıx düşərgəsinin Orta Aşel mədəniyyətinə aid tapılmış qədim insan çənəsinin iri olması açıq nəzərə çarpır və gövdəsi nisbətən qalındır. Bu baxımdan Azıxdan tapılmış çənə avstrolopitekdən fərqlənir və müəyyən əlamətlərinə görə arxantroplar arasında özünəməxsus yer tutur. Azıx düşərgəsinin Orta Aşel dövrünə aid təbəqəsindən tapılmış çənəyə şərti olaraq azıxantrop, yəni “Azıx adamı” adı verilib. Azıx qədim insan düşərgəsindən tapılmış qədim insan çənəsi spesifik quruluşuna əsasən bir tərəfdən pitekantroplara, xüsusilə Almaniyadan tapılmış Mauer adamının çənəsinə, digər tərəfdən bir çox əlamətlərinə görə Fransanın Kondel-Araqo düşərgəsinin Aşel təbəqəsindən tapılmış preneandertallara daha yaxındır. Azıxdan tapılmış qədim insan çənəsi 30-35 yaşlı qadına məxsusdur.

Kompleks tədqiqatlar zamanı müəyyən olunub ki, Azıx özünün stratiqrafiyası, arxeoloji tapıntıları, fauna qalıqları və paleoantropoloji tapıntılara görə hələlik dünyada yeganə çoxtəbəqəli paleolit düşərgədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb

Bu saata olan əsas xəbərlər

Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir – ŞƏRH

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

G7 sammiti: İqtisadi balanssızlıqlar, Ukrayna müharibəsi və Yaxın Şərq böhranı

Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Ərdoğan: ABŞ ilə İran arasında əldə olunan saziş regionda sülh və sabitlik yolunda mühüm hadisədir