Azərbaycan Dövlət İnformasiya Agentliyi

AzMİU-ya yeni qəbul olan tələbələri hansı yeniliklər gözləyir? – bələdçi

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycanda memarlıq və inşaat sahəsində çalışan ali təhsilli kadrların hazırlanmasında Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) hər zaman seçilib. Ali təhsil müəssisəsinin məzunları olan yüksəkixtisaslı peşəkar memarlar və inşaat mühəndisləri ölkənin quruculuğunda, binaların, məhəllələrin və interyerlərin layihələndirilməsində, nəhəng tikinti meydançalarında dövlət və özəl sifarişlərin icrasında uğurla çalışırlar.

AZƏRTAC xəbər verir ki, bu gün AzMİU-da 6 fakültədə 53 (27 bakalavr, 26 magistr) ixtisas üzrə 8000-dən çox tələbə təhsil alır. Bununla yanaşı, universitetdə Əcnəbi tələbələrin təhsili dekanlığı, Əcnəbi vətəndaşların hazırlığı və İxtisasartırma fakültələri, həmçinin AzMİU-nun nəzdində İnşaat Kolleci fəaliyyət göstərir. Ölkəmizin ən böyük ali təhsil müəssisələrindən biri sayılan universitetin tələbə həyatı da bir çox maraqlı məqamlarla zəngindir.

İnkişafa əsaslanan seçim - daha 2344 abituriyent AZMİU-nu seçib

AzMİU hər il olduğu kimi, bu tədris ilində də öz uğurları ilə seçilməyi bacarıb. Ötən illərə nisbətən universitetə qəbul olanların sayında artım müşahidə olunub. 2023/2024-cü tədris ili üzrə AzMİU-ya 2344 tələbə qəbul olub. Builki qəbulun nəticələrinə əsasən, 1141 nəfər dövlət sifarişli (48,6 faiz), 1203 nəfər ödənişli (51,4 faiz) əsaslarla təhsil alacaq. Ötən tədris ili ilə müqayisədə bu il qəbul olanların sayı 169 nəfər daha çoxdur. Belə ki, ötən tədris ilində AzMİU-nu 2175 tələbə seçib. Beləliklə, tələbələr öz seçimlərində memar və mühəndis ixtisaslarına xüsusi önəm veriblər.

Son illər bu ali təhsil müəssisəsinə yüksək bal toplayan abituriyentlər daha çox maraq göstərirlər. Bu da öz növbəsində AzMİU-dakı inkişafın, tədrisdə və tələbə həyatında aparılan islahatların, tıtbiq olunan müsbət yeniliklərin nəticəsidir.

Tərəfdaşlıq əlaqələri kadr yetişdirilməsi işinə töhfə verir

AzMİU ölkəmizdə fəaliyyət göstərən bir çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir. Uğurlu əməkdaşlığın nəticəsidir ki, son illər ərzində universitetdə bir çox profillər üzrə fəaliyyət göstərən laboratoriyalar və mərkəzlər fəaliyyətə başlayıb. Məhz belə əməkdaşlıqlar müxtəlif sahələr üzrə ixtisaslaşmış kadrların hazırlanması baxımından xüsusi əhəmiyyət kəsb edir. Dağ-mədən sahəsində ixtisaslaşmış kadrların hazırlanması istiqamətində “AzerGold” QSC, böyük tikinti layihələrini həyata keçirən və tikinti məhsulları istehsalı istiqamətində ixtisaslaşmış “Akkord”, dünya səviyyəsində ən böyük sement istehsalçısı “Holcim”, həmçinin “Paşa Holding”, “BP”, “Təmiz Şəhər Mərkəzi” kimi bir çox aparıcı müəssisələrlə daimi əməkdaşlıq edilir.

AzMİU “Böyük Qayıdış”ın bir parçası kimi

Azərbaycanın Qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsinin ardından işğaldan azad edilmiş ərazilərimizdə “Böyük Qayıdış”ın təmin olunması istiqamətində mühüm işlər aparılır. İşğaldan azad edilmiş regionlarımızda yeni infrastrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində sürətli işlər görülür. Bu işlərin həyata keçirilməsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin yüksəkixtisaslı kadrları da əhəmiyyətli rol oynayır. Şərqi Zəngəzurda, xüsusilə Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən tikinti-quruculuq işlərində AzMİU-nun müəllim və məzunları böyük əzm və ruh yüksəkliyi ilə çalışırlar. Bunun nəticəsidir ki, bu ilin yanvar ayında AzMİU ilə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti arasında memorandum imzalanıb. Memorandumda AzMİU müəllimlərinin və tələbələrinin, universitetin Layihə İnstitutunun əməkdaşlarının Şərqi Zəngəzur ərazisində böyükhəcmli tikinti-quruculuq layihələrinə cəlb olunması, AzMİU məzunları üçün karyera imkanları, birgə konfrans və simpoziumların təşkili, təcrübə mübadiləsi və digər məsələlər əks olunub.

“WORK4CE” layihəsində...

“WORK4CE” layihəsi Avropa İttifaqının Erasmus+ proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” kateqoriyası çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Layihədə Ukrayna, Almaniya, Belçika, İspaniya və Azərbaycandan olan universitetlər birgə fəaliyyət göstərir. Məqsəd ali təhsil müəssisələrində keyfiyyət, aktuallıq, əlçatanlıq bərabərliyi, planlaşdırma, çatdırılma, idarəetmə daxil olmaqla qarşısında duran problemlərin həlli üçün müvafiq tərəfdaş ölkələrə dəstək verməkdir. “WORK4CE” gənclərin gələcək iş yerlərinə hazır olması üçün tədris mənbələrindən faydalı istifadəsini stimullaşdırır. Layihə çərçivəsində universitetin müəllim və tələbələri xarici ölkələrə səfər edirlər, orada yerləşən qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsini öyrənirlər.

Tədris obyektləri ilə əyani tanışlıq - ekskursiyalar

AzMİU-nun tələbə həyatı dolğun və rəngarəng keçir. Tədris olunan ixtisaslar tək nəzəriyə üzərində deyil, həm də təcrübə üzərində qurulur. Gələcəyin memar və mühəndisləri ixtisaslarına uyğun olaraq müəssisələrə ekskursiya edirlər. Onlar əyani olaraq maraq göstərdikləri bu müəssisələrdə iş prosesini izləyir, yeni texnologiyaları mənimsəyirlər. Gələcəyin memarları qoruqları, ölkə əhəmiyyətli tarixi abidələrlə tanış olur, aparılan bərpa işlərinə əyani şahidlik edirlər. Onların bu ekskursiyaları tələbələrin müasir texnologiyalarla tanış olması, daha ətraflı məlumat əldə etməsi məqsədi daşıyır.

Savad və bilik yeganə rəqabət amili kimi

Azərbaycan Memarlıq və İnşaat Universitetinə olan bu maraq heç də əsassız deyildir. Çünki iş prinsipi şəffaflıq və obyektivlik üzərində qurulan universitet gənclərin daim diqqət mərkəzindədir. AzMİU rəhbərliyi bu istiqamətdə mühüm işlər görür, mütərəqqi islahatlar aparır. Buna görədir ki, universitetdə təhsilin səviyyəsi ötən illərə nisbətən bir qədər də yüksəlib. Ən əsası tədris prosesində şəffaflıq və obyektivliyin tam təmin olunmasına nail olunub. İmtahan sessiyalarında ictimaiyyət üzvləri, kütləvi informasiya vasitələrinin nümayəndələri və valideynlərin iştirakı təmin olunur. Onlar imtahan zamanı zalları gəzərək tələbələrin imtahan prosesini yaxından müşahidə edirlər. Artıq bir neçə ildir ki, imtahan sessiyalarını Elm və Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətəndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə rektor tərəfindən hər sessiya öncəsi müvafiq tənzimləyici əmr imzalanır. Əmrə əsasən, yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə universitetin müəllimlərindən, əməkdaşlarından ibarət işçi qrup formalaşdırılır. İmtahan biletlərinin çap olunması, qruplar üzrə komplektləşdirilməsi və nəzarət qrupuna təqdimatı, yoxlama prosesinə nəzarət, şifrələrin açılması və s. üzrə yaradılan işçi qrupuna bakalavriat və magistratura səviyyələri üzrə xüsusi təyin olunmuş məsul şəxslər rəhbərlik edirlər. Həmçinin rektorun əmrinə əsasən, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların, neqativ halların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə AzMİU-nun rəhbər və məsul şəxslərindən, universitetdə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılır. İmtahan sessiyası dövründə birbaşa rektorun sədrliyi ilə yaradılmış Münaqişə komissiyasında imtahan bitdikdən sonra imtahanların nəticələri barədə onlayn şikayətlərə baxılır və aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılır. Sözsüz ki, atılan bu addımlar tələbələri universitetə cəlb edən amillər kimi çıxış edir.

Yaradılan şərait və şəffaf mühit AzMİU tələbələri üçün savadı, biliyi yeganə rəqabət amilinə çevirib. Tələbələr öz biliklərinə güvənir, bu ali təhsil ocağında elmin dərinliklərinə yiyələnir və sonda ixtisaslı mütəxəssisə çevrilirlər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb