ELM VƏ TƏHSİL
AzTU-nun dekanı Bursa Texniki Universitetində mühazirə oxuyub
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materialşünaslıq fakültəsinin dekanı Nizami Poladov “Erasmus+ KA1” proqramı çərçivəsində Türkiyənin Bursa Texniki Universitetinə (BTU) səfər edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Nizami Poladov BTU-nun müvafiq fakültə və kafedralarında görüşlərdə iştirak edib, laboratoriyalarla tanış olub, həmçinin metallurgiya və materiallar mühəndisliyi ixtisasında təhsil alan tələbələrə mühazirə oxuyub.
Nizami Poladov hazırda BTU-da “Erasmus+” çərçivəsində təhsil alan AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin bakalavr tələbəsi İlqar Qənbərov və təcrübə keçən magistratura tələbəsi Turiyyə Kərimova ilə görüşüb, onların fəaliyyəti ilə maraqlanıb.