“BAHAR”- HÖVSAN-SURAXANI QAZ KƏMƏRİNİN SUALTI HİSSƏSİNİN ÇƏKİLİŞİNƏ BAŞLANMIŞDIR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, “Süleyman Vəzirov” borudüzən gəmisinin iştirakı ilə “Bahar”-Hövsan-Suraxanı qaz kəmərinin sualtı hissəsinin çəkilişinə başlanılmışdır.
İnşaatçılar ümumi uzunluğu 132 metr olan 11 borunu qaynaq edərək dənizin dibinə salmışlar. Yaxın günlərdə çəkiliş sahəsində gündəlik iş həcmi 1-1,5 kilometrə çatdırılacaqdır.
İyirmi düymlük “Bahar”-Hövsan-Suraxanı qaz kəməri 2008-ci ilin əsas buraxılış obyektlərindən biridir. Kəmər iki hissədən - sualtı və quru hissələrdən ibarət olacaqdır. Onun 32 kilometrlik “Bahar”-Hövsan hissəsi dənizin dibi ilə, 12 kilometrlik Hövsan-Suraxanı hissəsi isə quruda çəkiləcəkdir. Kəmər “Şimal” elektrik stansiyasını, eləcə də Bakı ətrafında yerləşən digər istehlakçıları qazla təmin edəcəkdir. Kəmərin ötürmə qabiliyyəti sutkada 5 milyon kubmetrdir. Kəmərlə “Günəşli” yatağında hasil edilən qaz nəql ediləcəkdir.
Yeni qaz kəməri bu ilin sonunadək istismara veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]