Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ölkə birincisi oldu
Bakı, 18 oktyabr, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) 2023/2024-cü tədris ili üzrə ölkənin ali məktəblərinə daxil olmuş Prezident təqaüdçülərinin sayına görə yenə ölkə birincisidir.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2023/2024-cü tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncamına əsasən Prezident təqaüdünə layiq görülmüş 102 tələbənin 29-u BANM-də təhsil alır. BANM Prezident təqaüdçülərinin sayına görə ölkə ali təhsil müəssisələri arasında bu il də liderliyini qoruyur.
BANM-in Prezident təqaüdçülərindən 13 nəfəri informasiya təhlükəsizliyi, 10 nəfəri biznesin idarəedilməsi, 4 nəfəri kimya mühəndisliyi, 2 nəfəri isə kompüter mühəndisliyi ixtisasının tələbəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [13:00]
Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
- 07.08.2026 [12:27]
Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib
- 07.08.2026 [12:03]
Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq
- 07.08.2026 [11:58]
BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək
- 07.08.2026 [11:44]
Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib
- 07.08.2026 [11:28]
Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?
- 07.08.2026 [10:58]