BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə sentyabrın 19-da USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8123 AZN olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Birjanın elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8118 AZN-ə bərabər olmuşdur.
USD/AZN T+0 aləti üzrə 7 685 685 AZN məbləğində əqd bağlanmışdır. Manatın məzənnəsi sessiyanın yekunlarına görə dəyişməmişdir.
Gündüz sessiyasında USDAZN T+0 aləti üzrə 1 247 616 AZN məbləğində əqd bağlanmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8123 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə hərracların ümumi həcmi 10 985 000 ABŞ dolları olmuşdur ki, bu da manat ekvivalenti ilə 8 933 301 AZN təşkil etmişdir. Bir əqdə orta hesabla 2 197 000 dollar düşmüşdür.
USDAZN T+1 və T+2 alətləri və SWAP-USDAZN üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. RUB/AZN və AUR/AZN alətləri üzrə banklar sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 15,75 faiz, ABŞ dolları üzrə isə 16,56 faiz təşkil etmişdir.
BEHS çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 12, 15, 15, 15, 15, 15 faizlə 3, 90, 90, 120, 180 və 180 gün müddətinə müvafiq olaraq 1 000 000 AZN, 3 500 000 USD, 5 000 000 USD, 8 500 000 USD, 3 500 000 USD, 6 500 000 USD məbləğində əqdlər bağlanmışdır.