Bakı Dövlət Universitetində “15 sentyabr - Bilik Günü” adlı kitab sərgisi
Bakı, 14 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası tərəfindən “15 sentyabr - Bilik Günü” adlı kitab sərgisi hazırlanıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, sərgidə Azərbaycanın təhsil sistemi, təhsil tarixi, təhsilin inkişaf strategiyası və s. mövzularda 40-a yaxın kitab yer alıb. Burada, eyni zamanda, BDU-nun tarixi inkişaf yolundan, ölkəmizdə ali təhsil sisteminin qurulmasında və elmin tərəqqisində oynadığı müstəsna rolundan bəhs edən “Bakı Dövlət Universiteti - 100 ilin elm və təhsil məbədi”, “Bakı Dövlət Universiteti - elmi fəaliyyət və uğurlar” adlı nəşrlər də nümayiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:52]
Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
- 30.09.2026 [18:37]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]