Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bakı Elm Festivalı–2014” öz işinə başlayıb VİDEO

Bakı, 10 noyabr, K.Əliyeva, AZƏRTAC

Noyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Bakı Elm Festivalı-2014” ün açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, festival AMEA-nın təşkilatçılığı, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və “Azercell”in sponsorluğu ilə keçirilir.

Açılış mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək Azərbaycanda ilk dəfə keçirilən Bakı Elm Festivalının ölkəmiz və elmimiz üçün böyük əhəmiyyət daşıdığını, həmçinin elmi nailiyyətlərin təbliğində önəmli yer tutduğunu vurğulayıb. Bildirilib ki, elmimizin uğurlarının nümayiş olunduğu və hər il keçirilməsi planlaşdırılan festivalda Akademiyanın bütün elmi müəssisə və təşkilatları ilə yanaşı, bir sıra ali və orta təhsil müəssisələrinin nümayəndələri də iştirak edirlər. 10 noyabr - Dünya Elm Gününə təsadüf edən festivalın əsas məqsədi elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq, müasir elmi bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi tədqiqat işlərinə marağı artırmaqdır. Həmçinin festival ictimaiyyətin elm və texnika sahəsində əldə olunmuş yeniliklərlə tanış edilməsi, elm və cəmiyyət arasında dialoqun yaradılması baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan elminin yüksək potensialı, çox böyük nailiyyətləri var. İnanırıq ki, festivalın keçirilməsi elmimizin inkişafına dəstək verəcək və AMEA-nın elmi kadr baxımından uğurlarının artmasına imkan yaradacaq.

A.Əlizadə ölkəmizdə elmin və təhsilin inkişafına göstərilən xüsusi dövlət qayğısından, alimlərimizin əldə etdiyi uğurlu elmi tədqiqatların əhəmiyyətindən, gənc alimlərə yaradılan şəraitdən danışıb. O, AMEA-nın bir sıra dövlət qurumları ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib.

AMEA-nın prezidenti bildirib ki, elm festivalı çərçivəsində bir sıra tədbirlər keçiriləcək. Akademiyanın Milli Azərbaycan Tarixi, Arxeologiya və Etnoqrafiya muzeylərinə ekskursiyalar təşkil ediləcək. Bundan əlavə, festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunan elmi nailiyyətləri nümayiş olunacaq. Gənc alimlərin elmin müxtəlif sahələri üzrə çıxışları, həmçinin yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən məruzələr, cəlbedici elmi şoular, Akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur.

Tədbirdə yeni elmi texnologiya və innovativ nailiyyətlər də təqdim olunacaq. Ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri, eləcə də Akademiyanın institut və təşkilatları öz elmi nəticələrini nümayiş etdirəcəklər.

Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov çıxışında Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında elmin qarşısında qoyulan mühüm vəzifələrdən və bu istiqamətdə görülən işlərdən söhbət açıb. Nazir Avropa Nüvə Tədqiqatları Mərkəzi və digər beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətini xüsusi qeyd edib. Özəl sektorun bu gün elmə daha çox ehtiyacı olduğunu diqqətə çatdıran Ə.Abbasov bildirib ki, elmin, təhsilin inkişafı təkcə AMEA-da aparılan işlərdən asılı deyil, cəmiyyət bu prosesdə yaxından iştirak etməlidir. Cəmiyyətdə insan potensialı, elm və bilik potensialı gələcək inkişafımız üçün vacib amildir.

Tədbirin Azərbaycan elminin inkişafına böyük töhfə verəcəyinə əminliyini vurğulayan Ə.Abbasov dövlət və özəl sektorları elmi dəstəkləməyə çağırıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov “Bakı Elm Festivalı-2014”ün Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Sənaye ili”ndə keçirildiyini xatırladıb. Dünyada texnologiyanın sürətli inkişafını qeyd edən F.Qurbanov bu sahədə azərbaycanlı alimlərin yüksək nailiyyətlər qazandıqlarını bildirib. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə elmin və təhsilin inkişafına göstərdiyi qayğıdan söz açan nazir müavini bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Vurğulanıb ki, ölkəmizdə elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsədi elm və təhsilin vəhdətinə nail olmaq, elmi fəaliyyətin məqsədyönlü istiqamətləndirilməsi üçün onun məhsuldar və innovativ qüvvələrə çevrilməsini təmin etməkdir. Elm və təhsilin birgə inteqrasiyası yüksək elmi biliyə malik kadrların yetişməsinə və iqtisadiyyatımızın peşəkar mütəxəssislərlə təmin olunmasına imkan yaradacaq. Bu gün qarşımızda duran əsas vəzifələrdən biri təhsilin keyfiyyətini elmin gücü ilə yüksəltməkdir. Bunun üçün Təhsil Nazirliyi AMEA-nın bir sıra elmi tədqiqat mərkəzləri ilə elmi əməkdaşlığı genişləndirməyə böyük önəm verir.

Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Milli Məclisin deputatı, akademik Asəf Hacıyev festivalın elmi nailiyyətlərin təbliğində, elmə marağın artırılmasında mühüm rol oynayacağına əminliklərini bildiriblər. Qeyd olunub ki, dövlətimiz tərəfindən alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların fəaliyyətinin qiymətləndirilməsi Azərbaycanda elmin sürətli inkişafına təkan verib. Ölkəmizdə Elmin İnkişafı Fondunun yaradılması, AMEA-nın maddi-texniki bazasının gücləndirilməsi, elm və təhsil üzrə bir sıra layihə və islahatların həyata keçirilməsi bu sahəyə diqqət və qayğının parlaq nümunəsidir.

Daha sonra festival bədii hissə ilə davam edib. Festivalın marşı səslənib, əyləncəli elmi şoular nümayiş etdirilib.

AMEA-nın institut və elmi təşkilatlarının, regional bölmələrinin elmi nailiyyətlərini əks etdirən sərgi açılıb.

Sərgidə gənc alimlərin elmi maraq kəsb edən tədqiqat işlərinin nəticələri, multimedia instollasiyaları, elmi şoular, robotların yarışı böyük maraqla qarşılanıb. AMEA-nın müxtəlif institut və elmi tədqiqat mərkəzləri, ali təhsil ocaqları tərəfindən nəşr edilmiş ədəbiyyat nümunələri də sərgidə yer alıb.

Bakı Elm Festivalının birinci günü Milli Azərbaycan Tarixi Muzeyi, Arxeologiya və Etnoqrafiya Muzeyi və digər yerlərə ümumilikdə səkkiz elmi ekskursiya təşkil olunub. Həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanasında, Geologiya və Geofizika, Fizika, Ədəbiyyat institutlarında, Azərbaycan Dövlət Neft Akademiyası, BDU, Azərbaycan Tibb Universiteti və digər ali məktəblərdə 23 elmi-populyar mühazirələr keçirilib. Eyni zamanda, 6, 23, 132 və 134 nömrəli orta məktəblərdə festivalın proqramlarını izləmək mümkün olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNƏCƏK

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

İstanbulda bina çöküb, dağıntıların altında qalanlar var – YENİLƏNİB

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi VİDEO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib VİDEO

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb