Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKI ENERJİ SAMMİTİNDƏ DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARININ, NÜMAYƏNDƏ HEYƏTLƏRİ RƏHBƏRLƏRİNİN ÇIXIŞLARI

Sonra çıxış edən Gürcüstan Prezidenti MİXEİL SAAKAŞVİLİ Bakıda keçirilən Beynəlxalq Enerji sammitinin əhəmiyyətindən danışdı:

-Hörmətli həmkarlar!

Xanımlar və cənablar!

Dostumuz İlham Əliyevlə əla səviyyədə təşkil olunmuş sammitdə iştirak etmək üçün Bakıda olmaqdan böyük şərəf hissi duyuram. Eyni zamanda, bizə göstərilmiş səmimi qonaqpərvərliyə görə Sizə minnətdaram. Hesab edirəm ki, Azərbaycan bizi bir araya gətirən mühüm mərkəzdir. Ölkə nəinki öz maraqlarının, o cümlədən ümumi Avropa maraqlarının təşviq olunmasında strateji baxışlara və mövqeyə malikdir.

Avropanın demokratik dövlətlərinin enerji təhlükəsizliyi və bunun gələcəyi hamımız üçün vacibdir. Zənnimcə, Azərbaycanın inkişafı aydın şəkildə göstərir ki, mütəşəkkil rəhbərlik, əhatəli yanaşma sayəsində ölkə çətinliklərdən çıxaraq tərəqqiyə doğru irəliləyə bilər. Əslində, İlham Əliyev burada qeyd etdi ki, sovet dövründə bu yerlərdə böyük həcmdə neft hasil olunurdu və infrastruktura böyük zərbə vurulurdu. Sovet İttifaqı yalnız hasilatla məşğul idi, infrastruktura az sərmayə qoyurdu və yerli əhali üçün ekoloji və səhiyyə problemləri yaradırdı. Bunun qarşısını almaq çox çətin idi.

Azərbaycanın əldə etdiyi nailiyyətlər digər hasilatçılar, o cümlədən bir çox digər ölkələr üçün yaxşı nümunədir. Hesab edirəm ki, ilk tənqidi və skeptik fikirlərə baxmayaraq, artıq proses başlanıbdır. Sadəcə, onu qeyd etmək istəyirəm ki, Polşa və Litvanın təşəbbüsü ilə ilk sammit 2007-ci ildə Krakovda keçirildi. Biz həmin toplantıda Xəzərin zəngin enerji ehtiyatlarının bazarlara əlavə, alternativ yollarla çıxarılması barədə fikir mübadiləsi apardıq. Biz Vilnüsdə “Sarmatiya” şirkətinin yaradılması ilə bağlı saziş imzaladıq və sonra ekspertlər səviyyəsində keçirilmiş görüşlərdə nəql yollarının şaxələndirilməsi üzərində iş aparılmışdır.

Karbohidrogen ehtiyatlarının nəqlində alternativ marşrutların əhəmiyyətindən və bu sahədə əməkdaşlıqdan, ölkələrarası əlaqələrdən danışan Mixeil Saakaşvili regional layihələrin əhəmiyyətini vurğuladı və dedi ki, hesab edirəm, Türkiyə çox müsbət rol oynamışdır. Bildirirəm ki, Avropaya təchizat qovşaqlarının yaradılması istiqamətində biz Türkiyə ilə birgə işimizi davam etdirməliyik. Fikrimcə, Mərkəzi Asiya ölkələri, Qazaxıstan, Türkmənistanla birgə işin aparılması yeni perspektivlər açır. Bildiyiniz kimi, Qazaxıstan yaxın vaxtlarda bu dəhlizlə neftin nəqlini bərpa etmişdir. Odessa-Brodı boru kəməri layihəsinin həyata keçirilməsi sahəsində Ukrayna ilə anlaşmamız var. Bu layihənin iqtisadi baxımdan gəlirli hesab edilməsi üçün bir çox səbəblər mövcuddur. Biz bu sahədə daha çox nailiyyətlər əldə edə bilərik.

Heydər Əliyev bizim bir sıra dostlarımız və müttəfiqlərimizlə ilkin olaraq Bakı-Tbilisi-Ceyhan boru kəməri haqqında danışanda, heç kim onun kommersiya baxımından gəlirli olmasına inanmırdı. İndi isə hamı anlayır ki, bu, mühüm layihə idi. Həmin vaxtlar bir çox skeptik fikirlər, şübhələr söylənildi. Ona görə, bunu reallığa çevirmək cəsarət və böyük əlaqələndirmə işləri tələb edirdi.

M.Saakaşvili ölkəsinin Avropa strukturlarına inteqrasiyasına toxunaraq bu yolda Gürcüstanın atdığı addımlardan da danışdı.

Litva Prezidenti VALDAS ADAMKUS Bakı enerji sammitinin bu sahədəki əməkdaşlığa töhfə verəcəyini diqqətə çatdırdı:

-Cənab Prezident!

Zati-aliləri, xanımlar və cənablar!

Mən ilk öncə, xüsusi əhəmiyyətə malik olan bu cür tədbiri təşkil etdiyinə və hamımıza göstərilmiş səmimi qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm.

Enerji təhlükəsizliyi və mənbələrin şaxələndirilməsi nəinki təhlükəsizlik, o cümlədən ekologiya baxımından zəmanəmizin ən ağır yüklərindən birinə çevrilibdir. Biz praktiki və faydalı milli təşəbbüslərin şahidiyik. Bir çox ikitərəfli razılaşmalar həmin çətin məsələlərin həllinə töhfə vermişdir. Yalnız müştərək səylər və işbirliyi nəticəsində bütün müvafiq ölkələr davamlı iqtisadi artımı təmin edə bilər. Mən enerji təhlükəsizliyi və mənbələrin şaxələndirilməsinə yönəlmiş bir çox təşəbbüsləri, o cümlədən Xəzər dənizi və Qara dəniz regionlarını əhatə edən məsələlərin Avropa Komissiyası tərəfindən qaldırılmasını alqışlayıram. Bununla belə, enerji təhlükəsizliyi sahəsində həll variantları həmin regionlarda yerləşən ölkələrin özləri tərəfindən irəli sürülür. Bu baxımdan Avropa İttifaqına üzv olan dövlətlər nəinki dialoqun daha fəal şəkildə aparılmasını təmin etməli, o cümlədən Avropa İttifaqı ilə Xəzər dənizinə aid olan real və faydalı layihələrin həyata keçirilməsini dəstəkləməlidirlər.

Nabukko qaz boru kəməri və Odessa-Brodı-Plotsk neft kəməri kimi alternativ, kommersiya baxımından əsaslandırılmış layihələrin həyata keçirilməsinə yönəlmiş Xəzər dənizi və Qara dəniz regionları ilə Avropa ölkələri arasında tranzit məkanların istifadəsi enerji təhlükəsizliyi problemlərinin həllinə yeni imkanlar açır. Burada söhbət sırf Avropa İttifaqının diqqətindən deyil, çox arzuolunan əməkdaşlıqda real iştirakdan gedir. Enerji təhlükəsizliyindən irəli gələn çətinliklər təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

Bu gün Avropanın daha fəal və dəstəkləyici yanaşmasına ehtiyac duyulur. Mən təklif edərdim ki, Avropa İttifaqının bu təşəbbüslərdə və Odessa-Brodı-Plotsk layihəsində iştirakını gücləndirmək məqsədi ilə bir neçə kiçik, lakin vacib addımlar atılsın. İlkin olaraq, yaxşı olardı ki, bu təşəbbüslərin formalaşdırılması prosesində iştirak etmək məqsədi ilə Avropa Komissiyası öz nümayəndəsini təyin etsin. İkincisi, hesab edirəm ki, Çex Respublikasının Avropa İttifaqında sədrlik edəcəyi dövrdə həmin təşəbbüsləri Avropa İttifaqının digər üzv dövlətlərinə təqdim etmək üçün xüsusi iclasın keçirilməsi faydalı olardı. Belə bir görüş nəinki həmrəylik prinsipini, o cümlədən avropalılara həmin layihəyə ciddi yanaşmanın vacibliyini nümayiş etdirəcəkdir.

Avropanın qaz və enerji təminatı ilə bağlı perspektivlərə toxunan Valdas Adamkus, Xəzər hövzəsinin bu işdə böyük potensiala malik olduğunu bildirdi. O, bu baxımdan Nabukkonun, Türkiyə-Yunanıstan-İtaliya boru xəttinin böyük önəm daşıya biləcəyini qeyd etdi.

Avropa İttifaqı-Xəzər hövzəsi nəqliyyat dəhlizinin hər iki tərəf üçün fayda verə biləcəyini qeyd edən Litva Prezidenti, bunun Avropa qonşuluq siyasəti prosesində mühüm rol oynamaq imkanına malik olduğunu bildirdi.

Valdas Adamkus Azərbaycanın bölgədə artan mövqeyinə toxunaraq dedi ki, Azərbaycan bu baxımdan xüsusi rol oynayır. Mən bu gün bir çox səbəbləri qeyd edə bilərəm ki, Avropa İttifaqı Azərbaycanı strateji tərəfdaş kimi xüsusi olaraq nəzərdən keçirməlidir. Biz hesab edirik ki, Transatlantik əməkdaşlıq da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Ceyhan boru kəməri enerji sahəsində əməkdaşlığımızı artıq möhkəmləndirmişdir.

Polşa Prezidenti LEX KAÇİNSKİ Bakı sammitinin məhsuldar keçəcəyinə əmin olduğunu bildirdi. O, bölgədəki son hadisələrdən sonra yaranmış vəziyyətdən danışdı və karbohidrogen ehtiyatlarının nəqlində şaxələndirmə məsələlərinə toxundu və bu istiqamətdə proseslərin perspektivləri barədə danışdı:

-Mən cənab İlham Əliyevə bu sammiti çox yüksək səviyyədə təşkil etdiyinə görə minnətdarlığımı bildirirəm. Biz də, başqa iştirakçı ölkələr kimi, həmçinin Nabukko layihəsini dəstəkləyirik. Biz Türkiyə-Yunanıstan qaz nəqli dəhlizini də dəstəkləyirik. Biz, eyni zamanda, Odessa-Brodı-Qdansk layihəsinə də dəstək veririk. Xatırlatmaq istərdim ki, bu marşrut daşıma limanı funksiyasını da yerinə yetirəcəkdir. Belə olan halda, neftin ixracı təqribən 38 milyon tondan 50 milyon tona çatdırıla bilər.

Mən neftlə yanaşı, qaz təchizatının təhlükəsizliyini də qeyd etmək istəyirəm. Azərbaycanın malik olduğu ehtiyatların müxtəlif istiqamətlərə, o cümlədən də Qərbə nəqli təmin olunmalıdır. Bu barədə indidən düşünməliyik. Avropa İttifaqının bu işə cəlb olunmasına gəlincə, deməliyəm ki, əlbəttə, Avropa İttifaqının dəstəyi və bu işə cəlb edilməsi bugünkü işin planına daxil olmalıdır. Nəqletmə kəmərləri, Odessa-Brodı-Qdansk, həmçinin Nabukko layihələri ilə bağlı mövcud olan planlar heç də konkret Avropa dövlətlərinə hədəflənməyib. Yəni onlar faktiki olaraq bütün Avropa İttifaqının rifahına yönəldilibdir. Avropa İttifaqında isə 27 ölkə təmsil olunur.

Əvvəlki görüşlərimizlə müqayisədə bugünkü tədbirdə iştirak edən üzv ölkələrin sayı çoxdur. Eyni zamanda, həyata keçiriləcək hazırkı layihələr texniki-iqtisadi əsasdırma ilə məşğul olan şirkətlər tərəfindən müsbət qiymətləndirilibdir. Zənnimcə, bu, yaxşı haldır. Bir daha təkrar etmək istərdim ki, bu, həm mənim ölkəm, həm də bütün Avropa İttifaqı ölkələri üçün olduqca önəmli hadisədir. Bu, xüsusilə də Şimali Avropada yerləşən ölkələr üçün yaxşı xəbərdir. Mən ümid edirəm ki, bəzi mövcud problemlər tezliklə aradan qaldırılacaqdır. Problemlər hər zaman olur, amma həmin problemlər əsas məqsədi kölgədə qoymamalıdır. Əsaslandırılmış və düşünülmüş qərarlar artıq verilibdir. Bu qərarlar özlüyündə bütün ölkələr, eyni zamanda, Avropa İttifaqında təmsil olunmayan ölkələr üçün də əlverişlidir. İstədim ki, bu ölkələr də enerji ilə bağlı məsələlərdə özlərini təhlükəsiz hiss etsinlər. Biz bu baxımdan qarşımızda duran problemləri həll etməliyik.

Türkiyə Prezidenti ABDULLAH GÜL irimiqyaslı enerji layihələrinin bölgədə sülhün və sabitliyin təmin olunmasında mühüm vasitə adlandıraraq dedi:

-Əvvəlcə, enerji sammiti səbəbi iIə bir daha Bakıya gəlməkdən məmnunluq duyduğumu ifadə etmək istəyirəm. Ev sahibi olan Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ötən 15 ildə enerji təhlükəsizliyinin təminatı, neft və təbii qaz hasilatı sahələrində dünya səviyyəsində aparıcı rol oynayır. Bu səbəbdən Azərbaycanın ev sahibliyi ilə təşkil edilən sammitlə əlaqədar burada olmaqdan xüsusi məmnunluq duyuram. Bu fürsətdən istifadə edərək, mənə və nümayəndə heyətimizə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm.

Getdikcə önəmli olan enerji təhlükəsizliyi hazırda xarici siyasət, milli təhlükəsizlik, iqtisadi rifah və qlobal sabitlik məfhumuna çevrilmişdir. Enerji təhlükəsizliyi, eyni zamanda, enerji istehsal edən, istehlak edən və tranzit ölkələr arasında əməkdaşlıqla bağlı anlayışı inkişaf etdirir. Bununla əlaqədar qarşılıqlı əlaqə mühüm amildir. Bu səbəbdən əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyə əsaslanan yaxın münasibətimiz sayəsində bölgəmizdə mühüm əhəmiyyət kəsb edən layihələrin çox faydalı olacağını düşünürəm. Bu cür layihələrdə Bakı-Tbilisi-Ceyhanda olduğu kimi, qarşılıqlı əlaqələrimizi regional gücləri, böyük şirkətləri və iştirakçıları bir araya gətirən faydalı əməkdaşlığa çevirməliyik.

Enerji sahəsindəki regional əməkdaşlığın enerji təhlükəsizliyindən başqa, regional sabitliyə, sülhə və rifaha töhfə verəcəyinə inanıram. Şübhəsiz ki, Xəzər enerji mənbələrinin təhlükəsiz surətdə Avropa bazarlarına nəqli, yaşadığımız bölgənin sabitliyinin davamlılığına və bölgədə yaxşı qonşuluq əlaqələrinin qurulmasına bağlıdır. Biz Cənubi Qafqazda yüz illər boyunca birlikdə və yan-yana yaşayan xalqlar arasında qarşılıqlı təhlükəsizliyin təminatı yolunda mövcud problemlərin həllinə inanırıq. Belə bir düşüncə ilə başqa bir mövzu - enerji sahəsində də mövcud əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi üçün lazım olan işlər yerinə yetiriləcəkdir.

Bu ilin avqustunda bir daha gündəmə gətirdiyimiz Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması təşəbbüsümüz əsasən bu anlayışdan meydana çıxmışdır. Məqsədimiz Cənubi Qafqazın çaxnaşma və münaqişə bölgəsi olmaqdan çıxarılaraq, qonşu ölkələr arasında qurulan anlayış birliyi və həmrəylik baxımından dünyaya nümunə olacaq bölgə halına gətirilməsidir. Həmçinin bu bölgənin enerji sahəsində başlanan faydalı əməkdaşlığının inkişafı və genişlənməsi sürətilə Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verən, rifah, sabitlik və sülhə dayanan bir bölgəyə çevrilməsidir.

Türkiyə, Orta Şərq və Xəzər hövzəsi dünyanın qaz və neft ehtiyatlarının təxminən üçdə iki hissəsinin olduğu bir bölgədə yerləşir. Buna görə də Qafqaz ilə Orta Asiya ölkələrinin iqtisadi inkişafını, enerji mənbələrinin düzgün işlədilməsini və Qərb bazarlarına daşınmasını düşünərək Azərbaycan, Gürcüstan və ABŞ ilə birlikdə Şərq-Qərb enerji dəhlizi ideyası inkişaf etdirilmişdir. Bu dəhlizin əsas tərkiblərini bir az əvvəl bəhs etdiyim Bakı-Tbilisi-Ceyhan neft boru xətti ilə Bakı-Tbilisi-Ərzurum təbii qaz boru xətti təşkil edir.

2008-ci il noyabrın 10-dək Bakı-Tbilisi-Ceyhan vasitəsilə istehsakçı ölkələrə 480 milyon barrel xam neft daşınmışdır. Qazaxıstan 2006-cı ildə BTC boru xətti layihəsinə rəsmi olaraq qatılmış və Qazaxıstana məxsus ilk neft tankerlərlə Bakıya, buradan da BTC boru xətti ilə dünya bazarlarına nəql edilmişdir. Bu, çox əhəmiyyət verdiyimiz bir hadisədir.

Şərq-Qərb enerji dəhlizinin ikinci tərkibi olan Bakı-Tbilisi-Ərzurum təbii qaz boru xətti isə 2007-ci ilin iyulunda fəaliyyətə başlamışdır. Bu boru xətləri ilə yanaşı, digər layihələrdə də iştirak edən ölkəmiz, beynəlxalq neft şirkəti olan TPAO vasitəsilə Xəzər bölgəsinə 3 milyard dollardan çox sərmayə qoymuşdur.

Türkiyə enerji sahəsindəki qarşılıqlı müstəqilliyimizi bölgə ölkələrinin xeyrinə olan əməkdaşlığa çevirmək arzusundadır. Öz enerji ehtiyaclarımızdan başqa, gələcək illərdə Avropa ölkələrinin enerji təhlükəsizliyinə daha çox faydalı olacağımıza tam inanıram. Bunun üçün bütün qonşularımızla, dostlarımızla və tərəfdaşlarımızla əlbir işləməyə davam edəcəyik.

Bakı enerji sammitinin bu çalışmalarımıza imkan qazandırmasını təmənna edirəm. Bugünkü toplantımız əsasən enerji sahəsindəki regional əməkdaşlığımıza daha geniş perspektivdən baxmağımıza imkan yaratmışdır.

Bu səbəbdən, əziz dostum İlham Əliyevi bu uğurlu sammit və ikinci dəfə Azərbaycanın Prezidenti seçilməsi münasibətilə bir daha təbrik edirəm. Bizi bu toplantıya dəvət etdikləri üçün bir daha təşəkkür edirəm.

Xəzər, Qara və Baltik dənizləri enerji dəhlizi layihəsinin əhəmiyyətinə toxunan Ukrayna Prezidenti VİKTOR YUŞŞENKO dedi:

-Hörmətli dostlarımız!

Hörmətli həmkarlar!

Mən burada müzakirə olunan təşəbbüslərə çox böyük ümidlə yanaşıram. Yadıma gəlir ki, bir il bundan öncə bu ideyanın gerçəkləşməsinə və səmərəliliyinə hamımız ümid bəsləyirdik. Xəzər, Qara və Baltik dənizləri regionunda enerji əməkdaşlığı ilə bağlı başladığımız təşəbbüsü biz müəyyən skeptik fikirlərə baxmayaraq, davam etdirdik. Çünki bu məsələ nəinki bir ölkə və ya bir region üçün üstünlük təşkil edir, o cümlədən bütün Avropa məkanının inkişafı üçün əhəmiyyətlidir.

Bir sözlə, mən nikbinəm və görürəm ki, müştərək layihələrimiz barədə həmrəyliyimiz, anlaşmamız getdikcə artır. Əvvəlcə bunları ümumi ideyalar və fikirlərlə başladıq. İndi isə artıq dördüncü sammitdə iştirak edirik. O vaxt iştirakçıların, dialoqda olan tərəflərin sayı çox deyildi. İndi isə mən bu dialoqda yeni iştirakçıları salamlamaq istəyirəm. Burada bəzi yeni iştirakçıları görməkdən məmnunam və onlara təşəkkür edirəm.

Artıq biz dialoqun çərçivəsini formalaşdırmışıq. 2007-ci ildə Polşada keçirilən Krakov sammitindən sonra bu günə qədər dövlətlərarası işçi qruplarının 10-a yaxın görüşü keçirilibdir. Bu görüşlərin 5-i milli neft şirkətləri səviyyəsində baş tutub. Onlar əsasən bu layihələrin icrasına aid texniki əsaslandırma məsələləri ilə bağlı müzakirələr aparmışlar. Artıq bu gün səmərəli dialoq səviyyəsinə çatmışıq.

Mən qeyd etmək istəyirəm ki, prezidentlərin və hökumətlərin razılığı, iştirakı olmadan nəticəyə tam nail olmaq mümkün deyildir. Əlbəttə ki, böyük siyasi iradə nümayiş etdirilməlidir. Prezidentlər və nazirlər bu məsələləri müzakirə etməli və göstərməlidirlər ki, ideyalar hansı şəkildə icra olunur.

Gələcək layihələrin həyata keçirilməsi mexanizminə toxunan Viktor Yuşşenko, bu sahədə hökumətlərarası təmasların, görüşlərin, o cümlədən işçi qruplarının fəal iş aparmasının əhəmiyyətini vurğuladı, praktiki addımların atılmasının zəruriliyini qeyd etdi, Avropa İttifaqının enerji təminatında Avrasiya dəhlizinin önəmini vurğuladı.

Enerji sammitinin əhəmiyyətindən danışan Viktor Yuşşenko burada qəbul ediləcək bəyannamənin mühüm əhəmiyyət daşıyacağını bildirdi və qeyd etdi ki, qəbul olunacaq qərarlar sənəd üzərində qalmamalı, reallaşdırılmalıdır.

Ukrayna Prezidenti sammitin keçirilməsi üçün yüksək şəraitin yaradıldığına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq etdi.

Enerji siyasəti sahəsində həyata keçirilən səyləri ölkəsinin alqışladığını vurğulayan Bolqarıstan Respublikasının vitse-prezidenti ANGEL MARİN dedi:

-Hörmətli cənab Prezident!

İcazə verin, Sizi yenidən dost Azərbaycanın Prezidenti seçilməyiniz münasibətilə təbrik edim. Mən Sizə və qonaqpərvər ölkənizin vətəndaşlarını məqsədlərinizə nail olmaqda uğurlar arzulayıram. Çünki Sizin ölkənizin iqtisadiyyatı bu gün dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Dörd il bundan əvvəl Azərbaycan Qara dəniz və Xəzər regionundakı digər ölkələrlə birgə Bakı Enerji Sammiti təşəbbüsünü irəli sürərək, Avropa İttifaqının enerji sahəsində əməkdaşlığı və yeni enerji dəhlizlərinin yaradılmasında və formalaşdırılmasında məsul tərəfdaşlar olmaq barədə razılıqlarını bildirmişdilər. Biz çox şadıq ki, Siz Bakıda bu dialoqun davam etməsi ruhunu saxladınız və strateji, vacib enerji məsələləri ilə məşğul oldunuz. Bolqarıstan bu konstruktiv yanaşmanı alqışlayır və bunun uğurla həyata keçirilməsini, Avropanın enerji icmasına qoşulmasını bəyənir.

Bu gün Bakı Enerji Sammiti və qarşıdan gələn oxşar sammitlər, məsələn, Avropanın paytaxt şəhərlərində, o cümlədən 2009-cu ilin birinci yarısında Sofiyada keçiriləcək sammitlər Avropa İttifaqının təbii qazdan asılılığının siyasi və iqtisadi kontekstinin müzakirəsinə yönəldiləcəkdir.

Eyni zamanda, burada dörd amil var ki, onlar mənim ölkəmin Avropa enerji siyasətinin həyata keçirilməsində vacibliyini və Avropa İttifaqının xarici enerji siyasətindəki əhəmiyyətini müəyyən edir. Birincisi, sabitlik nəzərdə tutulur. Bolqarıstan Avropa İttifaqına və NATO-ya üzv qəbul olunduqdan sonra ölkəmizdə əlverişli biznes mühiti və etibarlı makro-iqtisadi çərçivə təmin edilmişdir. Eyni zamanda, ölkənin Avropanın strateji Şərq hissəsində yerləşməsi Rusiya ilə böyük enerji əməkdaşlıq imkanları yaradır.

İkincisi, bu, ölkəmizi transxəzər, transqaradəniz enerji dəhlizinin vacib hissəsinə çevirir.

Üçüncü amil ondan ibarətdir ki, bizim ərazimizdə əsas beynəlxalq infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı sazişlər imzalanmışdır. Eyni zamanda, Avropa İttifaqının Bolqarıstan üzrə komissiyası cənub-şərqi Avropa üçün enerji təhlükəsizliyində ölkəmin oynadığı rolun davam etdirilməsini gözləyir və bu məsələdə maraqlıdır. Bolqarıstanın enerji siyasəti tarazlaşdırma, realizm və praqmatizmə əsaslanır. Bu, xüsusilə milli, regional və Avropa bazarlarının təbii qazla təmin edilməsində özünü büruzə verir.

Bolqarıstanın digər ölkələrlə əlaqələrindən, o cümlədən Avropa İttifaqına üzv ölkələrlə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərindən danışan Angel Marin ölkəsinin Avropanın qaz təminatında tranzit və logistika iştirakçısı kimi rolu barədə məlumat verdi. Xəzər hövzəsinin enerji potensialına toxunan vitse-prezident dedi ki, biz Azərbaycanın və Türkmənistanın resurs potensialını vacib hesab edirik. Çünki bilirik ki, Nabukko üçün təbii qazın təminatı 11 milyard kubmetr həcmində ola bilər. Bununla belə, bu, böyük işdir, lakin hər hansı bir qərarın qəbul edilməsi həmin dost və tərəfdaş iki ölkənin müstəqil qərarından asılı olacaqdır.

Estoniyanın Baş naziri ANDRUS ANSİP sammit iştirakçısı olan ölkələr arasında əməkdaşlığın əhəmiyyətindən danışdı, enerji daşıyıcıları nəqlinin şaxələndirilməsi məsələsinə toxunaraq dedi:

-Hamımız bilirik ki, biz daha çox şaxələndirməyə ehtiyac duyuruq. Bu halda, etibarlı enerji təchizatçılarının, istehlakçıların və enerji mənbələrinin şaxələndirilməsi nəzərdə tutulur. Bu gün Avropada üzləşdiyimiz çətinliklərdən biri təchizat prosesində təhlükəsizliyimizin artırılması, enerji mənbələrinin şaxələndirilməsi ilə bağlıdır. Biz regiondan, tədbiri təşkil etmiş Azərbaycandan, habelə Qazaxıstan, Özbəkistan və Türkmənistandan alternativ enerji xətlərinin çəkilməsində maraqlıyıq. Xəzər dənizindən Avropaya getməsi nəzərdə tutulan Nabukko və “Ağ axın” kimi yeni boru kəməri layihələri iki region arasında yeni tərəfdaşlığı möhkəmləndirəcək və Avropanın enerji təhlükəsizliyini artıracaqdır.

Enerji sahəsində əməkdaşlıq və inteqrasiya proseslərinin gələcəyinə toxunan Andrus Ansip dedi ki, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin istismarı bu sahədəki dialoqumuzu artırmışdır. Enerji sahəsində əməkdaşlığın gücləndirilməsində Birləşmiş Ştatlar xüsusi rol oynamışdır. İnanıram ki, bizim işbirliyimiz enerji təhlükəsizliyi məsələlərinin həllində mühüm rol oynayacaqdır. Biz bu baxımdan Avropa İttifaqının Enerji xartiyasının müddəalarını mühüm hesab edirik. Nəticədə biz səylərimizi birləşdirməli və birgə addımlar atmalıyıq. Mən məhz bu məqsədlə bu gün buraya gəlmişəm.

Macarıstanın Baş naziri FERENTS DYURÇAN sammitdə çıxışında dedi:

-Hörmətli cənab prezidentlər!

Hörmətli cənab baş nazirlər!

Bizə göndərdiyiniz dəvətə görə minnətdarıq. Biz bu enerji sammitinin keçirilməsini alqışlayırıq. Bu gün qlobal problemləri həll etdiyimiz zaman qarşımızda duran əsas strateji məsələlərdən biri enerji təhlükəsizliyidir. Ona görə də təəccüblü deyil ki, biz bu sammitdə əsas diqqəti məhz bu problemin həllinə yönəldirik və növbəti sammitlərdə də yönəldəcəyik. Biz böyük məmnuniyyət hissi ilə cənab Prezident İlham Əliyevin təşəbbüsünü qəbul etdik və bu gün sammitdə iştirak etməkdən çox şadıq.

Bu çağırış həssas bir məkandan, ehtiyatlarla zəngin Xəzər bölgəsindən edilir. Bildiyiniz kimi, dünyada hasil edilən neft və qazın müəyyən hissəsi Avropa İttifaqına üzv olan ölkələr tərəfindən istehlak olunur. Bizim ehtiyatlarımız çox azdır, ancaq enerjidən çox istifadə edirik. Yəni enerjidən 15-17 dəfə çox istifadə olunması bəzi problemlər yaradır.

Ekspertlər qeyd edirlər ki, 2020-2030-cu illərdə enerji daşıyıcılarının 80-90 faizi məhz Avropa İttifaqına kənardan daxil olacaqdır. Bu, Avropa İttifaqı üçün böyük təhlükə törədir. Enerji gündəlik həyatımızın əsasını təşkil edir. Əgər biz enerji ehtiyatlarından asılı olarıqsa, bu halda təhlükə qarşısında qala bilərik. Macarıstanda ölkənin enerjidən asılılığın azaldılması mühüm strateji məsələlərdən biri sayılır.

Daha sonra Macarıstanın Baş naziri enerji layihələrinin həyata keçirilməsində şaxələndirmənin təmin olunmasının həm texniki, həm də birbaşa təchizat aspektlərindən danışdı. Xəzər regionu ölkələri ilə əməkdaşlıq məsələlərinə toxunan Ferents Dyurçan Azərbaycanın rolunu xüsusi qeyd etdi:

-Xanımlar və cənablar, deməliyəm ki, əgər Azərbaycan bir müddət bizə nefti və qazı satmasa, Azərbaycan strateji planda təhlükədə olmayacaqdır. Bu gün Azərbaycan bizə daha çox lazımdır. Bunu eynilə Türkmənistana da aid etmək olar. Əgər Türkmənistan hasilatını artırmasa və Avropa bazarına çıxarmasa, bu, Türkmənistandan daha çox bizə problem yaradacaqdır. İndi Qafqaz, Xəzər regionu bir asimmetriya rəmzidir və bizə - Avropa İttifaqına siz çox lazımsınız. Bizim bu regiona çox böyük ehtiyacımız var. Bu regionda hasilatın artması qısa perspektivdə çox böyük əhəmiyyət kəsb edir. Amma vacibdir ki, biz asimmetrik münasibətlərdən tarazlaşdırılmış münasibətlərə çıxaq.

Baş nazir bu cür tədbirlərin keçirilməsinin Avropa İttifaqı ilə region arasında əməkdaşlığa yeni təkan verdiyini qeyd etdi və əməkdaşlığın təkcə enerji sahəsində deyil, digər sahələrdə də genişlənməsinin zəruriliyini bildirdi.

ABŞ-ın energetika naziri SAMUEL BODMAN Birləşmiş Ştatların Azərbaycan, Gürcüstan və Türkiyə ilə əməkdaşlıqda maraqlı olduğunu, ölkəmizin enerji sahəsində əməkdaşlıq baxımından güclü tərəfdaşa çevrildiyini diqqətə çatdırdı:

-İcazə verin, öz çıxışıma Prezident İlham Əliyevin enerji təhlükəsizliyi ilə bağlı baxışlarını, tərəfdaşlığı və regional liderliyini xüsusi olaraq qeyd etməklə başlayım, bu toplantını təşkil etdiyinə və ona sədrliyinə görə minnətdarlığımı bildirim. Burada olmaqdan və Birləşmiş Ştatları təmsil etməkdən məmnunam və hamınıza Prezident Corc Buşun salamlarını çatdırıram.

Bu gün dünya böyük enerji çağırışları ilə üzləşibdir. Enerjiyə çıxış, bununla bağlı bizi narahat edən məsələlər, onun dünya iqliminə təsiri bütün dünyanın diqqətini dərhal özünə cəlb etmişdir. Bizi narahat edən məsələlər bütövlükdə enerji təhlükəsizliyi adlanır və iqtisadi, milli təhlükəsizliyimizə birbaşa təsir göstərir. Bu cür məsələlər bizim hamımızı düşündürür. Mən xüsusilə burada həmin məsələlərin aradan qaldırılmasında əldə etdiyiniz nailiyyətlərə görə sizi alqışlamaq istəyirəm.

Fikrimcə, hazırkı Enerji Sammiti Azərbaycanın neft ehtiyatlarının dünya bazarlarına nəqlini mümkün etmiş “Əsrin müqaviləsi”nin imzalanmasından etibarən başlayan faydalı nəticələrin ən yenisidir. Bu müqavilə regionun nəhəng enerji resurslarının uğurlu formada istehlakçıların və hasilatçıların faydası üçün işlənilməsi, hasilatı və çatdırılması istiqamətində ilk addım oldu. Ümidvaram ki, iqtisadi böhrana baxmayaraq, bu cür uğurlar davam edəcəkdir.

Son illər ərzində inkişaf edən iqtisadiyyatlar böyük iqtisadi artıma nail olmuşlar və sənayedə böyük inkişafa malik olan ölkələri keçmişlər. Bizim dövlətlər kimi bir çox ölkələr hazırda iqtisadi tənəzzüldədirlər. Lakin onların hamısı enerjiyə ehtiyac duyur. Bütün bu ümumi tələbatlar, fikrimcə, qarşılıqlı enerji təhlükəsizliyinin təkmilləşdirilməsi sahəsində davamlı əməkdaşlığı tələb edir və ABŞ buna sadiqdir.

Mən qətiyyətlə inanıram ki, bizim səylərimiz və dünyanın bu regionu gələcək hökumətlər üçün prioritet təşkil edəcəkdir. Xəzər dövlətlərinin neft hasilatı artıq dünya bazarlarında, OPEK istisna olunmaqla, böyük təchizat mənbəyi kimi hesab edilir. Biz gözləyirik ki, bu ölkələr neft hasilatında öz vacib rolunu gələcək onilliklər ərzində də davam etdirəcəklər.

Azərbaycan beynəlxalq sərmayədarlarla “Əsrin müqaviləsi”ni imzaladıqdan sonra Birləşmiş Ştatlar Azərbaycan, Gürcüstan və Türkiyə ilə birgə tərəfdaşlıq qurmuş, Xəzərin nefti və qazı kommersiya baxımından etibarlı və təhlükəsiz ixrac marşrutları ilə dünya və Avropa bazarlarına çıxarılmışdır. Hazırda Cənub dəhlizi adlanan ixrac marşrutlarının yeni formasını inkişaf etdirmək üçün biz Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərlərinin işə salınması sayəsində əldə olunmuş uğurları artırmaqdayıq.

Təbii qaz sahəsində burada, Azərbaycanda olan mühüm yataqlar qlobal şəkildə irəliləyişi əldə etməyə imkan verəcəkdir. Amerika Birləşmiş Ştatları Cənub dəhlizinin əsasını təşkil edəcək Türkiyə-Yunanıstan-İtaliya və Nabukko boru kəmərlərini reallaşdırmaq məqsədi ilə Azərbaycan, Türkmənistan, Gürcüstan, Türkiyə və Avropadakı tərəfdaşlarımızla apardığı işə sadiqdir.

Azərbaycanın enerji layihələrində önəminə toxunan Samuel Bodman dedi:

-Beynəlxalq təcrübəyə yiyələnmiş peşəkar işçiləri olan və layihələrin uğurla həyata keçirilməsinə nail olmuş Azərbaycan özəl sərmayədarlarla birgə tərəfdaşlığın qurulmasının çox mükəmməl nümunəsidir. Şübhəsiz ki, bu regionun enerji potensialının reallaşdırılması onun xalqları, sərmayədarları üçün gözəçarpan iqtisadi artımla nəticələnəcək və Azərbaycanı Avropaya strateji tərəfdaş kimi yaxın edəcəkdir.

Regionda həyata keçirilən enerji layihələrinin xalqların rifahına xidmət etdiyini bildirən Samuel Bodman Enerji Sammitinin işinə uğurlar arzuladı.

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı ANDRİS PİEBALQS sammitdə çıxış etdi.

-Hörmətli Prezident İlham Əliyev, mən Sizə minnətdaram!

Hörmətli cənab baş nazirlər, nümayəndə heyətlərinin başçıları!

Mən əvvəlcə çıxışıma Bakıya məni dəvət etdiyinə görə və belə bir mötəbər toplantıda çıxış etmək imkanı yaratdığına görə cənab Prezident Əliyevə minnətdarlığımı bildirirəm.

Biz, eyni zamanda, son həftə ərzində məsələ ilə bağlı Avropa Parlamentində müzakirələr aparmışıq. Biz çox məmnunluqla qeyd etmək istəyirik ki, Avropa İttifaqı bu gün həmin təşkilata qonşu olan ölkələrlə enerji təhlükəsizliyi sahəsində işləyir. Biz çox şadıq ki, Krakov təşəbbüsü artıq uğurla həyata keçirilir. Hesab edirik ki, bu gün Avropa İttifaqının siyasi gündəmində duran məsələlər siyasi tədbirlərin görülməsini tələb edir. Biz 2006-cı ildə Avropada qaz tələbatının ödənilməsi üçün mövcud olan bazarda vəziyyətin nəzərdən keçirilməsi məqsədi ilə sənədləri hazırlamışıq.

Bu həftə Avropa Komissiyası strateji enerji hesabatını qəbul etmişdir. Onun 2007-ci ildə dərc edilmiş ilkin hesabatı, əsasən, iqlim dəyişikliklərindən irəli gələn nəticələrin aradan qaldırılması və enerji bazarının tənzimlənməsi ilə bağlı idi.

İkinci hesabat enerji təhlükəsizliyi ilə bağlıdır. Avropa İttifaqının Şurası və Parlamenti aydın şəkildə bəyan ediblər ki, Avropa İttifaqının ümumi maraqlarına aid olan bu məsələnin həlli prioritet xarakter daşıyır. Hazırkı qlobal enerji durumu baxımından enerji idxalından asılılıq əvvəlki dövrlərdən fərqli olaraq, daha böyük enerji təhlükəsizliyi riskləri ilə müşayiət olunur.

Biz tam etiraf edir və dəyərləndiririk ki, bu sammitin ev sahibi olan Azərbaycan enerji nəqlinin şaxələndirilməsi və təhlükəsizliyi sahəsində çətin və cəsarətli qərarlar qəbul etmişdir.

Enerji təhlükəsizliyi sahəsində ikitərəfli və çoxsahəli əməkdaşlığın detallarına toxunan Andris Piebalqs bildirdi: Biz enerji sahəsində münasibətlərin gücləndirilməsi üçün bir sıra alətlərdən istifadə etməliyik və mexanizmləri bu günə qədər formalaşdırmışıq. Biz hesab edirik ki, infrastruktur sahəsində təkmilləşdirmə işləri də aparılmalıdır. Biz Avropa İttifaqı ilə ikitərəfli əsaslarda Azərbaycan və Qazaxıstanla, bu yaxınlarda isə Türkmənistanla enerji sahəsində strateji əməkdaşlıq haqqında memorandum imzalamışıq. Biz bu baxımdan Azərbaycan ilə Türkmənistan arasında enerji sahəsində münasibətlərin gücləndirilməsinə və bu sahədəki səylərə dəstək veririk. Biz bu baxımdan Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığı sahəsində Bakıda keçirilmiş konfransı alqışlayırıq.

Biz xüsusi olaraq qaz təchizatına və qazın nəql olunması yollarının şaxələndirilməsinə diqqət yetiririk. Biz hesab edirik ki, Odessa-Brodı boru kəməri layihəsi Şərqi və Cənubi Avropada olan istehlakçılar üçün xüsusi əhəmiyyət daşıyır. Bu sahədə müəyyən irəliləyişi artıq əldə etmişik.

Rumıniyanı Bakı sammitində təmsil edən xarici işlər naziri LAZAR KOMENESKU da tədbirdə çıxış edərək dedi:

Çox sağ olun, cənab Prezident!

Cənab Prezident, zati-aliləri, xanımlar və cənablar!

İlk öncə Bakıda yüksək səviyyədə enerji sammitini təşkil etdiyinə görə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.

Bu tədbir Xəzər regionunu Avropa ilə birləşdirən dəhlizin və enerji əməkdaşlığının inkişafına zəmin yaradacaqdır.

Rumıniyanın xarici işlər naziri ölkəsinin Avropanın enerji təhlükəsizliyi sistemindəki rolundan danışdı, inteqrasiya prosesləri sistemindəki önəmini vurğuladı:

-Xanımlar və cənablar.

Rumıniya üçün əsas prioritet Xəzərin ehtiyatlarını Avropa bazarlarına çıxaran enerji tranzit dəhlizlərini inkişaf etdirərək, enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsidir. Buna görə, biz Krakov təşəbbüsünün mərkəzi elementi hesab edilən Odessa-Brodı-Plotsk neft boru kəməri layihəsi sahəsində son müsbət nəticələri yüksək qiymətləndiririk. Digər tərəfdən, biz hesab edirik ki, həm Xəzər regionu, həm də Avropa İttifaqı üçün faydanın maksimal həddə çatdırılmasından ötrü ümumi bazara ən qısa yol sayılan Xəzərin resurslarının Qara dəniz vasitəsilə Avropaya birbaşa çatdırılmasını təmin etmək məqsədi ilə Cənub enerji tranzit dəhlizinin inkişaf etdirilməsi oludqca vacibdir.

Nabukko qaz boru kəməri və Konstansa enerji terminalı bu cür dəhliz üçün olduqca vacibdir. Enerji siyasəti bu gün bütün ölkələr tərəfindən dəstəklənir. Nabukko qaz boru kəməri layihəsinə gəldikdə, biz artıq olduqca vacib mərhələ ərəfəsindəyik. Hesab edirik ki, bunun həyata keçirilməsi alternativ yolları təmin edəcəkdir. Bu baxımdan Rumıniya həmin boru kəmərinə xüsusi olaraq dəstək verir.

Biz hesab edirik ki, bu layihə çox mühüm layihədir və azad rəqabət prinsiplərinə əsaslanır, daha səmərəli, daha qənaətcil bir variantdır.

Biz hesab edirik ki, Azərbaycan Nabukko layihəsində iştirak etməlidir. Bu, həm Azərbaycanın, həm Avropa İttifaqının ümumi maraqlarına xidmət edir. Biz layihəni qətiyyətlə irəliyə doğru aparmalıyıq və bu, Avropa sərmayədarları üçün yaxşı bir siqnal olar.

Digər tərəfdən, biz eyni zamanda, Azərbaycan sərmayələri üçün Avropada imkan yaratmalıyıq, Azərbaycanın Dövlət Neft Şirkəti işləməlidir. Rumıniya buna hazırdır.

Sammitdə Yunanıstanın inkişaf naziri XRİSTOS FOLİAS da çıxış edərək dedi:

-Cənab Prezident!

Hörmətli prezidentlər!

Hörmətli baş nazirlər!

Hörmətli nazirlər, xanımlar və cənablar!

İlk növbədə, deyim ki, mən burada, Bakıda olmağımdan böyük şərəf hissi duyuram. Böyük məmnuniyyətlə Baş nazir Kostas Karamanlis tərəfindən bu enerji sammitində iştirak etmək üçün göstəriş almışam. Mən hesab edirəm ki, bugünkü toplantımız xüsusi əhəmiyyət daşıyır, çünki biz - ixrac və idxal edən ölkələr enerji təhlükəsizliyindən, enerji sahəsində əməkdaşlıqdan danışırıq.

XXI əsrdə səmərəli dövlət idarəçiliyi strategiyalarının həyata keçirilməsi və siyasi seçimləri nəinki hazırkı, o cümlədən gələcək nəsillərin tələbatlarının öyrənilməsinə yönəlibdir. Bu baxımdan enerji sektoru xüsusi qeyd edilməlidir. Enerji təhlükəsizliyindən, enerji resurslarının idarə edilməsindən dünyada gələcək nəsillərin həyat standartlarının yaxşılaşdırılması asılıdır. Əslində, bu gün enerji çağırışları üzləşdiyimiz ən vacib çağırışlardan biridir. İqlim dəyişikliyi, coğrafi-siyasi qeyri-müəyyənlik, artan tələbat və dəyişən qlobal iqtisadi balans ölkələr tərəfindən təklikdə həll oluna bilməz. Əksinə, biz hesab edirik ki, enerji məsələləri daha geniş dialoq və beynəlxalq əməkdaşlıq tələb edir. Dünyada maliyyə böhranına və iqtisadi tənəzzülə baxmayaraq, enerjiyə olan tələbat azalmır. Bu baxımdan uzunmüddətli enerji təchizatının müxtəlif mənbələrdən təmin edilməsi vacibdir. Bizim cavabımız ondan ibarət olmalıdır ki, təxirəsalınmaz tədbirləri görməli və bu sahədə münasibətləri daha da inkişaf etdirməliyik.

Bununla belə, hətta bu sahədə bütün siyasətlərin həyata keçirilməsinə baxmayaraq, biz hələ də üçüncü ölkələrdən gələn enerji daşıyıcılarından asılıyıq. Avropa İttifaqının ümumi enerji təhlükəsizlik siyasətində əks olunan prinsiplərdən irəli gəlir ki, biz enerji mənbələrinin şaxələndirilməsini təmin etməliyik. Hesab edirik ki, ilk növbədə, sərmayələri infrastruktur sahəsinə qoymalıyıq və bu, bizim üçün olduqca zəruridir. Hesab edirik ki, səylər göstərilir, lakin onlar kifayət deyildir. Beynəlxalq əməkdaşlığın və dialoqun təşviq edilməsi enerji təchizatının şaxələndirilməsinə yeni imkanlar açacaqdır.

Xristos Folias Avropanın enerji təhlükəsizliyi məsələlərinin perspektivlərinə toxundu, bu baxımdan regional əməkdaşlığın geniş imkanlar açdığını qeyd etdi:

-Türkiyə-Yunanıstan-İtaliya arasında birləşdirici kəmər Avropa İttifaqının prioritet layihəsidir və şaxələndirilmənin davam etdirilməsində mühüm vasitədir. Marşrutun Türkiyə-Yunanıstan hissəsi 2007-ci ilin sonundan etibarən istismara verilibdir. Ümumi sərhədimizdə təşkil olunan açılış mərasimində Yunanıstan və Türkiyənin baş nazirləri, Azərbaycanın Prezidenti cənab İlham Əliyev iştirak ediblər. Hazırda işlər həm dənizdə, həm quruda paralel olaraq davam edir. Bu işlərə baxan şirkət bu sahədə tikinti işlərini davam etdirir və 2010-cu ilə qədər onların tam başa çatdırılmasını planlaşdırır. Eyni zamanda, biz çox böyük vəcdlə çalışırıq ki, bu işə üçüncü tərəfi də qoşaq, üçüncü tərəflər, ölkələr bu layihədə Azərbaycanla daha sıx əməkdaşlıq etsinlər.

Ölkəsinin enerji təhlükəsizliyi ilə bağlı tranzit sahəsində bir sıra layihələrdə iştirakına toxunan Yunanıstanın inkişaf naziri dedi: Mən aydın şəkildə qeyd etmək istəyirəm, “Cənub axını”, Nabukko və TGİ kimi layihələr bir-birini tamamlayır. Onların xüsusi əhəmiyyətini nəzərə alaraq və qaza olan tələbatın böyük olduğunu görərək, bunlar bizim üçün çox lazımlıdır.

Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri SAUAT MINBAYEV sammitdə çıxış etdi:

-Zati-aliləri!

Cənab prezidentlər!

Hörmətli xanımlar və cənablar!

İcazə verin, Bakı enerji sammitinin təşkilatçılarına gördükləri işə və enerji sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaradılmış imkana görə minnətdarlığımı bildirim.

Hazırda Qazaxıstanın enerji sektorunda dünyanın bir çox aparıcı şirkətləri təmsil olunublar və onlar karbohidrogen yataqlarının işlənilməsini və hasilatı ildən-ilə artırırlar. 2008-ci ildə hasilatın 70 milyon ton, ixracın isə 63 milyon ton həcmində olacağı gözlənilir. Daxili bazarda istehlak 13 milyon tondur və onun müəyyən hissəsi Rusiyaya gedir. 2010-cu il üçün proqnozlaşdırılan xam neftin hasilat həcmi 80 milyon ton, 2015-ci ildə isə 100 milyon ton səviyyəsində olacaqdır. Biz aşkar edilən yeni nəhəng Kaşaqan və Tengiz neft yataqlarının işlənilməsi sayəsində hasilatın həcmini daha da artıracağıq. Kaşaqanda işlənilmə məsələləri artıq həll olunubdur. Bununla bağlı müvafiq sazişlər imzalanıbdır. Qazaxıstanın həmin layihədəki payı 16,81 faizə qədər artırılmışdır. 2015-ci ilə qədər daxili tələbatın proqnozuna gəldikdə, bu rəqəm ildə 16 milyon tondan çox olmayacaqdır. 2015-ci ildə hasil olunan neftin 90 milyon tonu ixrac əməliyyatları üçün nəzərdə tutulacaqdır.

Nazir Qazaxıstanın karbohidrogen ehtiyatlarının mümkün nəql marşrutlarından söhbət açdı. Ölkəsinin karbohidrogen ixracının təmin olunması istiqamətində görülən işlərə toxunan Sauat Mınbayev Qazaxıstanın bu istiqamətdə Azərbaycanla əməkdaşlığından da danışdı:

-Əvvəlcə qeyd etdiyim marşrutların buraxıcılıq qabiliyyətini və daxili bazar üçün çatdırılacaq təchizat həcmlərini nəzərə alaraq, biz Qazaxıstan-Xəzər nəqletmə sistemi üzərində düşünürük və onun planlaşdırılan buraxıcılıq qabiliyyəti ildə 20 milyon ton olmalıdır. Bu gün ölkələrimizin dövlət neft şirkətləri olan “KazMunayQaz”la Azərbaycan Dövlət Neft Şirkəti arasında Transxəzər layihəsinin həyata keçirilməsi ilə bağlı saziş imzalanıbdır. Buna görə Prezident cənab İlham Əliyevə minnətdarlığımızı bildirdik.

Hazırda aparılan işlər layihə şirkətinin yaradılması, problemlərin həlli, maliyyələşdirmə, tarif məlumatları və mövcud qurğulara çıxışın olması kimi məsələləri əhatə edir. Bu baxımdan, Qazaxıstan neftinin Bakı vasitəsilə mümkün nəqledilmə marşrutları prinsipial əhəmiyyət daşıyır. Qazaxıstanla Azərbaycan arasında 2006-cı ildə imzalanan sazişə əsasən, bu halda, Bakı-Tbilisi-Ceyhan boru kəməri vacib hesab edilir. Bununla belə, Qazaxıstan şirkətləri əlavə mümkün nəql qabiliyyətinin olmasında da çox maraqlıdır. Bu, o deməkdir ki, Qazaxıstan Azərbaycan ərazisindən keçən digər alternativ yolları nəzərdən keçirir. İlk öncə, Bakı-Supsa boru kəmərindən söhbət gedir. Biz bu marşrutla bağlı maraqlı olan bütün tərəflərlə danışıqlar aparmağa hazırıq.

İtaliya xarici işlər nazirinin müavini ALFREDO MANTİKA çıxışında dedi:

-Hörmətli Azərbaycan Respublikasının Prezidenti!

Hörmətli dövlət başçıları!

Hörmətli hökumət başçıları!

Hörmətli xanımlar və cənablar!

Mən öz çıxışıma yenidən seçilməsi münasibətilə Prezident İlham Əliyevə İtaliya hökuməti adından və şəxsən öz adımdan bir daha səmimi təbriklərimi çatdırmaqla və bu cür vacib beynəlxalq sammitə İtaliyanı dəvət etdiyinə görə minnətdarlığımı bildirməklə başlamaq istərdim.

“İyirmilərin” hazırda keçirdiyi yüksək səviyyəli görüşdə iştirak etmək üçün Vaşinqtonda səfərdə olan Nazirlər Şurasının sədri cənab Berluskoni İtaliya hökuməti adından səmimi salamlarını Sizə çatdırmaq və Avropa, eləcə də milli səviyyədə enerji təhlükəsizliyinə aid olan məsələləri böyük maraqla izlədiyini Sizə bildirmək barədə mənə tapşırıq veribdir.

Enerji təhlükəsizliyi, enerji mənbələrinin şaxələndirilməsi və müxtəlif təchizat marşrutları bizim kimi ölkələr və bütövlükdə Avropanın enerji bazarı üçün vacib amilə çevrilir. Bu baxımdan İtaliya bazarı öz infrastruktur imkanları ilə çox önəmli rol oynayır. Bu sözləri nəinki neft, o cümlədən qaz sahəsinə də aid etmək olar. Qazın nəqli sahəsində daha çox mövcud boru kəmərlərinə diqqət verilir. Beləliklə, boru kəmərləri məsələsinin hasilatçı və istehlakçı ölkələr üçün əhəmiyyəti artır. Bu sahədə son illər ərzində İtaliyanın əldə etdiyi təcrübə əsasında biz hər hansı süni maneələr görmür, mövcud iqtisadi inkişafımıza arxalanaraq, qarşıya qoyduğumuz məqsədlərə nail olmağa qadirik.

Hazırda milli və Avropa səviyyəsində böyük komplementar - tamamlayıcı siyasət həyata keçirilir. Digər Avropa ölkələri kimi, İtaliya da ikitərəfli əsaslarla bu yanaşmanı dəstəkləyir və təklif olunan bütün enerji dəhlizlərinin reallaşmasına tərəfdaş çıxaraq, bu regionun ölkələri ilə strateji əlaqələrin qurulmasında maraqlıdır.

Türkmənistan xarici işlər nazirinin müavini XOŞGƏLDİ BABAYEV forumun təşkilinə və əməkdaşlıq üçün yaradılmış əlverişli şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə Türkmənistan hökuməti adından səmimi təşəkkürünü bildirdi və hamıya uğurlu iş arzuladı. O dedi:

- Sizə məlum olduğu kimi, neft-qaz kompleksi Türkmənistan iqtisadiyyatının öncül istiqamətidir. Son 17 illik inkişaf dövründə Türkmənistan öz enerji müstəqilliyini təmin etmişdir. Neft və qaz hasilatının, elektrik enerjisi, neft məhsulları istehsalının həcmi əhəmiyyətli dərəcədə artmışdır. Eyni zamanda, neft-qaz emalı və neft-qaz kimyası müəssisələrinin inşası və yenidən qurulması sayəsində buraxılan məhsulların keyfiyyəti artır və çeşidi genişlənir. Türkmənistanın neft-qaz sahəsinin infrastrukturu inkişaf edir. Bütün bunlar ən yeni texnologiyaların tətbiqi ilə həyata keçirilir.

Son illər Türkmənistan hökumətinin apardığı danışıqların dinamikasının da artdığını qeyd etmək lazımdır. Qısa müddət ərzində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bir sıra ölkələrin dövlət və hökumət başçıları, iri neft şirkətlərinin rəhbərləri, yüksək vəzifəli nümayəndələri ilə çoxsaylı görüşlər keçirmişdir. Türkmənistan həm də Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər beynəlxalq təşkilatlarla fəal dialoq aparır. Bildiyiniz kimi, Türkmənistanın beynəlxalq enerji əməkdaşlığının əsasını ölkənin karbohidrogen ehtiyatları təşkil edir.

Xoşgəldi Babayev ölkəsinin zəngin karbohidrogen ehtiyatları barədə məlumat verdi, Türkmənistanın neft-qaz müqavilələrindən söhbət açaraq, gələcək əməkdaşlığın perspektivlərindən danışdı.

Sonra çıxış edən Latviyanın iqtisadiyyat nazirinin müavini ARTURS BERQHOLS Bakı sammitinin əhəmiyyətini vurğulayaraq dedi:

-Zati-aliləri dövlət başçıları!

Xanımlar və cənablar!

Bakıda Enerji Sammitində Latviyanı təmsil etməkdən məmnunam və şərəf hissi duyuram. Əfsuslar olsun ki, Latviyanın Prezidenti cənab Valdis Zatlers bu gün burada bizimlə ola bilmədi. Çünki hazırda ölkəmizdə Latviya Respublikasının elan edilməsinin 90-cı ildönümü ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bununla belə, o, regionda güclü tranzit əməkdaşlığı qurulmasını dəstəkləyir və sammitin iştirakçılarına məhsuldar iş və mühüm qərarlar qəbul etməyi arzulayır.

Bu gün beynəlxalq biznes hesab edilən enerji bir çox üstünlüklər gətirməklə yanaşı, çətinliklərə də səbəb olur. Enerji əməkdaşlığının beynəlxalq miqyası bir faktla izah olunur - bu sahədə ölkələrin milli səviyyədə qəbul etdiyi qərarların təsiri ölkə hüdudlarından kənara çıxır.

Bununla belə, biz enerji sahəsində işbirliyinin qanunvericilik və tənzimləyici çərçivəsinin ahəngdar formaya gətirilməsi məqsədi ilə Bakı prosesinin gücləndirilməsini dəstəkləyirik. Xəzər-Qara dəniz-Baltik dənizi regionu əsasında formalaşan enerji tranzit məkanı mühüm məkandır. Biz dialoq və bazarın inkişafına yönəlmiş siyasət vasitəsilə Mərkəzi Asiyadan Avropaya enerji daşıyıcılarının nəqli yollarını təmin etməliyik.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev sammitdə yekun nitqi söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

Şuşa yeni geosiyasi düşüncənin formalaşdığı mühüm beynəlxalq məkana çevrilib ŞƏRH

® “Unibank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub

Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

İlk dəfə keçiriləcək paraüzgüçülük üzrə Azərbaycan çempionatına 30-a yaxın idmançı qatılacaq