Bakı Fond Birjası BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupuna üzv olub
Bakı, 7 aprel, AZƏRTAC
Bakı Fond Birjası (BFB) BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs (The UN Sustainable Stock Exchange Initiative - UNSSE) Qrupuna üzv qəbul olunub.
BFB-dən AZƏRTAC-a bildirilib ki, 2009-cu ildə əsası qoyulmuş UNSSE-nin məqsədi qabaqcıl ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin öyrənilməsi və tətbiqi üzrə birjalar üçün mütəşəkkil platforma yaratmaq və müəyyən olunmuş dayanıqlı inkişaf hədəfləri çərçivəsində investisiya və maliyyələşmə prinsiplərini təşviq etməkdir.
Hazırda Bakı Fond Birjası daxil olmaqla 96 birja UNSSE-ə üzvdür və bu platformada birjalar yaşıl maliyyələşmə (“green finance”), gender bərabərliyi, kiçik və orta sahibkarlığın inkişafı, ətraf mühit, sosial və korporativ idarəetmə hesabatlılığı kimi məsələlər üzrə mütəmadi araşdırmalar və müzakirələr aparır, öz təcrübələrini bölüşür və ən yaxşı praktikaların tətbiqi üzrə birgə çalışır.
Bakı Fond Birjası UNSSE-yə qoşulmaqla beynəlxalq standartlara uyğun korporativ idarəetmə hesabatlılığının təşkili və yerli kapital bazarlarında tətbiqi, eləcə də listinq qaydalarının bu prinsiplərə uyğunlaşdırılması kimi mövzular üzrə Təşəbbüs Qrupu ilə əməkdaşlıq etməyi və xarici birjaların təcrübəsini öyrənməyi hədəfləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]