“Bakı” İstilik Elektrik Müəssisəsi mövsümə hazırdır
Bakı, 5 noyabr (AZƏRTAC). “Bakı” İstilik Elektrik Mərkəzində payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin sentyabrında stansiyada 43,8 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunmuşdur. İstilik enerjisinin buraxılışı isə 10 min 516 hekakalori təşkil etmişdir.
Cari ilin 9 ayında isə bu rəqəm müvafiq olaraq 366,6 milyon kilovat-saatdan çox - 196 min 101 hekakalori təşkil etmişdir.
Stansiyada 6, 35 və 110 kilovoltluq transformatorlarda təmir işləri həyata keçirilmişdir.
Bu tədbirlərin icrası zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına da ciddi əməl olunmuşdur.