“BAKI” KOMANDASI “ALYUMİNİY” KLUBU ÜZƏRİNDƏ 4:2 HESABI İLƏ QƏLƏBƏ QAZANMIŞDIR
Bakı, 8 iyul (AZƏRTAC). Futbol üzrə Azərbaycan çempionu “Bakı” Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirmişdir.
Yerli “Alyuminiy” klubu ilə görüşdə təmsilçimiz 4:2 hesabı ilə qələbə qazanmışdır. İlk hissədə iki dəfə uğur qazanan komandamız, fasiləyə 2:0 üstünlüyü ilə yollanmışdır. Hər 2 qolu rəqib qapısından Batista keçirmişdir. İkinci hissədə isə Ramazan Abbasovla Draqan Naçevskiy fərqlənmişdir.
“Bakı” bu gün son hazırlıq matçı çərçivəsində Sloveniyanın yüksək liqa komandalarından olan “Sibaliya” klubu ilə qarşılaşacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]