BAKI METROPOLİTENİ İLƏ 11 MİLYON SƏRNİŞİN DAŞINMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a demişlər ki, cari ilin yanvar ayında Bakı metropoliteni ilə 11 milyon sərnişin daşınmışdır. Bu, ötən ilin ilk ayındakı göstəricidən 5,8 faiz çoxdur.