Bakı polisi: İcazə olmadan hərəkət edən şəxslər müəyyənləşdirilərək barələrində tədbirlər görülür
Bakı, 5 aprel, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq işlər icra edilir.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dövlətin həyata keçirdiyi tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən insanların evlərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Müvafiq icazə olmadan hərəkət edən şəxslər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.