Bakı–Quba–Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 64 kilometrlik hissəsi istifadəyə verilib
Quba, 23 dekabr, E.Yusifli, AZƏRTAC
Dekabrın 23-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 64 kilometrlik hissəsi istifadəyə verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən çəkilən yol 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində açılıb.
Açılış mərasimində AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov, Quba və Şabran rayonlarının icra hakimiyyəti başçıları iştirak ediblər.
Bildirilib ki, Qubadan Bakı istiqamətində yenidən qurulan 67 kilometrlik yolun son 3 kilometrində işlər 2023-cü ilin yanvar ayında tam başa çatdırılacaq.