Bakı-Şamaxı magistral yolun kənarında genişmiqyaslı ağacəkmə tədbiri keçirilib
Bakı, 27 dekabr, AZƏRTAC
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar Abşeron rayonu Bakı-Şamaxı magistral yolun kənarında genişmiqyaslı ağacəkmə tədbiri keçirilib.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən ağacəkmə zamanı əraziyə müxtəlifcinsli ağaclar əkilib.
Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin idarə heyəti, İctimai Birliyin 50-dən çox üzvü də iştirak etməklə ölkədəki yaşıllıqların artırılmasına öz töhfəsini verib.