BAKI-ŞAMAXI YOLU MÜVƏQQƏTİ OLARAQ BAĞLANACAQDIR
Bakı, 24 oktyabr (AzəTAc). Bakı-Şamaxı yolunda son tamamlama işlərinin aparılması ilə əlaqədar olaraq oktyabrın 24-də axşam saat 22.00-dan 26-da saat 24.00-dək yolun başlanğıcından 3,5-ci kilometrədək olan hissəsində bütün nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam dayandırılacaqdır.
Bu müddətdə Bakı-Şamaxı və Şamaxı-Bakı istiqamətlərinə hərəkət edən avtomobillərə alternativ yollar təklif ediləcəkdir.
Belə ki, Bakı-Şamaxı istiqamətində gedən avtomaşınlar Xocahəsən ərazisindən keçərək Hökməli dairəsindən Şamaxı istiqamətinə hərəkətini davam etdirəcəkdir. Şamaxıdan Bakıya gələn avtomaşınlar isə Hökməli dairəsindən keçməklə (Qobu ərazisindən) Xocahəsən qəsəbəsindən Bakıya daxil olacaqlar.
Eyni zamanda Dövlət Yol Polisinin Ekologiya postundan Binəqədi rayonu istiqamətində gedən yol da həmin müddətdə bağlı olacaqdır.
Nəqliyyat Nazirliyi müvəqqəti olaraq yaranmış narahatlığa görə üzr istəyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2026 [17:41]
Azərbaycanda axtarış sistemləri bazarının göstəriciləri açıqlanıb
- 12.05.2026 [16:48]
KOBİA-nın rəhbəri sahibkarların müraciətlərini dinləyib
- 12.05.2026 [16:35]
Azərbaycan və bp əməkdaşlıq əlaqələrinin genişləndirilməsini dəyərləndirib
- 12.05.2026 [15:45]
İstanbulda 29-cu Avrasiya İqtisadi Zirvə Görüşü işə başlayıb VİDEO
WUF13 Festivalı Sumqayıtda
- [17:48]
Naxçıvanda üçəm dünyaya gəlib
- [17:43]
Lənkəranda zəncirvari qəza olub
- [15:40]