Bakı Şəhəri üzrə Təhsil İdarəsində mütaliəni təşviq edən yeni təşəbbüs
Bakı, 4 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsində əməkdaşların şəxsi və peşəkar inkişafını dəstəkləyən “Kitab klubu” fəaliyyətə başlayıb.
Təhsil idarəsindən AZƏRTAC-a bildirilib ki, “Kitab klubu” iştirakçılara müxtəlif əsər və ədəbi üslublarla tanış olmaq, maraqlı fikirləri müqayisəli şəkildə dəyərləndirmək və zəngin müzakirə mühiti formalaşdırmaq imkanı yaradır.
Yeni təşəbbüs çərçivəsində idarə əməkdaşları vaxtaşırı bir araya gələrək əvvəlcədən seçilmiş kitabları müzakirə edəcəklər. Müzakirə olunan əsərlər yerli müəlliflərin yaradıcılığı ilə yanaşı, dünya ədəbiyyatının klassik nümunələrini də əhatə edir.
“Kitab klubu”nun əsas məqsədi əməkdaşlar arasında mütaliə vərdişlərini təşviq etmək, analitik düşüncə və ünsiyyət bacarıqlarını inkişaf etdirmək, eyni zamanda, kollektiv daxilində intellektual mühitin gücləndirilməsinə töhfə verməkdən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:50]
Qədim Şəmkir şəhər yerində arxeoloji tədqiqatlar və yay məktəbi davam edir
- 07.08.2026 [16:37]
BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub
- 07.08.2026 [13:00]
Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
- 07.08.2026 [12:27]
Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib
- 07.08.2026 [12:03]