Bakı şəhərində növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Bakı, 9 aprel, AZƏRTAC
Aprelin 10-u səhər saatlarından etibarən Bakı üzrə iməcilik və şəhərin mərkəzi, qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar maddələrin qəbul edilmiş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə sabah küçəyə çıxmamaq xahiş olunur.