Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Slavyan Universitetində payız semestrinin imtahan sessiyası distant formada keçirilir

Bakı Slavyan Universitetində payız semestrinin imtahan sessiyası distant formada keçirilir

Bakı, 11 yanvar, AZƏRTAC

Təhsil naziri Emin Əmrullayev 2020-ci il dekabrın 11-də “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmr imzalayıb. Həmin əmrdə respublikamızın ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi mühüm vəzifə kimi qarşıya qoyulub.

Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva bu əmrin icrasının təmin edilməsi məqsədilə “2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmr imzalayıb. Əmrdə BSU-da payız semestrinin imtahan sessiyasının mövcud normativ sənədlər, o cümlədən Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə“ 2020-ci il 10 sentyabr tarixli Qərarı, təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2020-ci 11dekabr tarixli əmri əsasında təşkili və keçirilməsinin müvafiq strukturlar tərəfindən təmin edilməsi , payız semestrinin imtahan sessiyasının yanvar ayının 11-dən başlamaqla 4 həftə müddətində distant formada keçirilməsi öz əksini tapıb.

Bu barədə AZƏRTAC-a BSU-nun Mətbuat və informasiya şöbəsindən bildirilib. Əmrdə, həmçinin xüsusi karantin rejimi şəraitində təşkil olunan və keçirilən payız semestrinin imtahan sessiyası üzrə təhsilalanların cari və aralıq qiymətləndirilməsi zamanı BSU-nun Elmi şurasının 2020-ci il 30 noyabr tarixli qərarında tələbələr üçün nəzərdə tutulan güzəştlərin tətbiq edilməsi, imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, tələbələrin müraciətlərinin yerində çevik həll edilməsini təmin etmək məqsədilə tərkibinə universitet rəhbərliyinin, bu ali təhsil müəssisəsində fəaliyyət göstərən valideyn şurasının, tələbə ictimai təşkilatlarının, Mətbuat və informasiya şöbəsinin və ictimaiyyət nümayəndələrinin daxil olduqları 13 nəfərdən ibarət İmtahan Qərargahının yaradılması qeyd edilib. Eyni zamanda, əmrdə distant formada keçirilən imtahan sessiyası müddətində İmtahan Qərargahına edilən müraciətlərin çevik şəkildə onlayn rejimdə araşdırılması, imtahan nəticələrindən, o cümlədən Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) əsasında qeyri-ixtisas fənləri üzrə qiymətləndirilmədən narazı qalan tələbələrin onlayn formada dinlənilməsi məqsədilə Apelyasiya Komissiyasının yaradılması göstərilib. Əmrin əsas müddəalarından biri də imtahan sessiyası müddətində tələbələrə əvvəlki imtahan sessiyalarından qalan kredit borclarını fənni (fənləri) təkrar dinləmədən ləğv etmək imkanının verilməsi, cari imtahan sessiyası üzrə yaranmış kredit borclarını fənni (fənləri) təkrar dinləmədən aradan qaldırılmasına 9-12 fevral 2021-ci il tarixdə şərait yaradılması, kredit borclarını fənni (fənləri) təkrar dinləmədən ləğv etmək arzusunda olan tələbələrin imtahan nəticəsindən narazı qaldıqları halda onlara Apelyasiya Komissiyasına müraciət etmək imkanının yaradılmasıdır.

“Microsoft Teams”platforması vasitəsilə keçirilən payız semestrinin imtahan sessiyasında ümumilikdə universitetin təxminən 4500 nəfərə yaxın tələbəsinin iştirak etməsi nəzərdə tutulur.

Təhsil Nazirliyinin müvafiq təlimatının tələbləri gözlənilməklə Əlavə və qiyabi təhsil şöbəsi üzrə imtahan sessiyasının yanvarın 18-dən fevralın 13-dək keçirilməsi nəzərdə tutulub. Tələbələrə əvvəlki və cari imtahan sessiyalarından qalan kredit borclarını fənni (fənləri) təkrar dinləmədən ləğv etmək imkanı veriləcək.

Əmrə əsasən, distant formada təşkil olunan şifahi və yazılı imtahanların təşkili və keçirilməsi, sual, referat və praktik tapşırıqların forma və məzmununun müəyyən olunması, məsafədən cavablandırılması, qiymətləndirilmənin aparılması, imtahanların gedişi prosesinin protokollaşdırılması barədə Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin hazırladığı təlimat və göstərişlər imtahan sessiyasına 2 həftə qalmış müəllimlərin, tələbələrin, eləcə də fakültə dekanlarının, kafedra müdirlərinin, şöbə müdirlərinin, akademik məsləhətçilərin, tədris-köməkçi heyətin diqqətinə çatdırılması, imtahan sessiyasının distant formada keçirilməsinə texniki dəstəyin İşçi Qrupun həyata keçirməsi müəyyən edilib.

Distant formada imtahanların təşkili və keçirilməsi, məsafədən təşkil olunacaq imtahanlara dair qeydiyyatın və elektron sənədləşmənin düzgün aparılması, elektron idarəetmə sisteminin sabit fəaliyyətinin təmin olunması və qarşıya qoyulan vəzifələrin həllinə texniki dəstəyin reallaşdırılması məqsədilə universitetin müvafiq struktur bölmələrinin məsul şəxslərindən, tədris-mədəniyyət mərkəzlərinin mütəxəssislərindən və müəllimlərdən ibarət 22 nəfərlik texniki dəstək qrupu yaradılıb.

Bütün bunlarla yanaşı, İmtahan Qərargahına və müvafiq strukturlara baş verən mənfi hallarla bağlı daxil olan məlumatların çevik araşdırılıb dərhal müvafiq tədbir görülməsi, İmtahan Qərargahının fəaliyyəti barədə rektora müntəzəm məlumat verilməsi, İmtahan Qərargahına tələbənin elektron müraciəti daxil olan andan sonra 1 gün ərzində müraciətin araşdırılıb müvafiq qərar qəbul edilməsi, qəbul edilən qərarların protokollaşdırılması, İmtahan Qərargahı sədrinin və ya Apelyasiya Komissiyası sədrinin imzası ilə təsdiqlənməsi, İmtahan Qərargahının fəaliyyəti barədə müəllim, tələbə və valideynlərə, universitet üzrə İctimai Etimad Şurası üzvlərinə vaxtaşırı məlumat verilməsi nəzərdə tutulub. Həmçinin Mətbuat və informasiya şöbəsinin tələbələrin biliyinin qiymətləndirilməsi və İmtahan Qərargahının fəaliyyəti barədə məlumatları mütəmadi olaraq universitetin “Facebook” səhifəsində, saytında və mediada işıqlandırması əmrdə öz əksini tapıb. Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsi imtahan sessiyasının nəticələrini təhlil edib bu barədə sessiya bitdikdən 5 gün sonra rektora müvafiq məlumatı təqdim etməlidir. Bundan başqa, sözügedən şöbə və tədris işləri üzrə prorektorluq imtahan sessiyasının təşkili, keçirilməsi və nəticəsi barədə hesabat və rəyləri ümumiləşdirib müvafiq formalar üzrə 10 gün müddətində Təhsil Nazirliyinə təqdim etməlidir. Ümumilikdə BSU-da imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi universitet rəhbərliyinin diqqət mərkəzindədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək