İDMAN
BAKI, SUMQAYIT VƏ ABŞERON RAYONU BƏLƏDİYYƏLƏRİ ARASINDA FUTBOL TURNİRİNİN İKİNCİ TURU KEÇİRİLMİŞDİR
1990-91-ci il təvəllüdlü futbolçular arasında keçirilən görüşlərin nəticələri belədir: “Milan” (Əmircan)-Türkan bələdiyyəsi 3:3, Şüvəlan bələdiyyəsi-“Ruslan-93” 2:1, Aşağı Güzdək bələdiyyəsi-“İnternat” (Türkan) 4:1, Xocəsən bələdiyyəsi-“Banişevski” futbol klubu (Günəşli) 1:6.
1992-93-cü il təvəllüdlü futbolçuların mübarizəsində isə aşağıdakı hesablar qeydə alınmışdır: Şüvəlan bələdiyyəsi-“Ruslan-93” 0:1, “Milan”-Nizami bələdiyyəsi 0:3, Qobu bələdiyyəsi-“Mehdiabad” futbol klubu 0:6, Səbail bələdiyyəsi-Biləcəri bələdiyəsi 2:0.
1989-cu il təvəllüdlü və daha yaşlı futbolçular arasında ikinci turun oyunları davam edir. Bu yaş qrupu üzrə keçirilmiş iki görüşdə Şüvəlan bələdiyyəsi “Real-2” klubunu 3:1 hesabı ilə məğlub etmişdir. Nizami və Sabunçu bələdiyyələri arasında oyun isə 1:1 hesabı ilə nəticələnmişdir.
Qeyd etmək lazımdır ki, ölkə Prezidentinin futbolun inkişafına dair Dövlət proqramına uyğun olaraq, “Nicat” klubu və AFFA bu yarışların təşkili ilə yanaşı, gənc hakimlər üçün kurslar və məşqçilər üçün seminarlar keçirmişlər. Bakı Kəndlər Futbol Federasiyasının və “Nicat” klubunun prezidenti hacı Vaqif Davudovun verdiyi məlumata görə, gənclər, idman və turizm naziri Əbülfəz Qarayevin köməyi ilə bu yaxınlarda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilmiş bu cür kurs və seminarların nəticəsi olaraq hazırda kənd və qəsəbələr arasında futbol turniri, habelə həvəskarlar liqası və birinci dəstə oyunlarını 16 gənc hakim idarə edir, 23 məşqçi isə müxtəlif klublarda çalışır.