BAKI-TBİLİSİ-CEYHAN NEFT KƏMƏRİ QAZAXISTAN ÜÇÜN SƏRFƏLİDİR
Qazaxıstan Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qoşulmaq haqqında saziş imzalamaq niyyətindədir. AZƏRTAC-ın müxbiri xəbər verir ki, bunu “QazMunayQaz” SC-nin prezidenti Uzaqbay Karabalin brifinqdə bildirmişdir. Onun sözlərinə görə, yalnız “iki ölkə arasında qanunvericiliklə və vergi şərtləri ilə bağlı qaydaları yoluna qoymaq lazımdır”.
Karabalinin fikrincə, ilk vaxtlar bu neft kəməri ilə on milyon tondan çox Qazaxıstan nefti nəql edilə bilər.
“QazMunayQaz”ın prezidenti vurğulamışdır ki, neft kəmərinin istismarının ilkin mərhələsində tanker daşımalarından istifadə olunacaqdır. Bu məqsədlə respublikanın qərbində - Kurık limanında neft terminalı tikilir.