BAKI-TBİLİSİ-QARS YENİ DƏMİR YOLU XƏTTİNİN TİKİNTİSİ DAVAM EDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da Azərbaycan paytaxtında Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə Əlaqələndirmə Şurasının növbəti iclası keçiriləcəkdir.
Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov bildirmişdir ki, tədbirdə layihənin gerçəkləşdirilməsi ilə bağlı vəziyyətin müzakirəsi nəzərdə tutulur. Gürcüstanda baş verən proseslərlə bağlı aparılan təhlillərdən məlum olmuşdur ki, münaqişə nəticəsində dəmir yolunun inşasında heç bir problem yaranmamışdır və işlər əvvəlcədən nəzərdə tutulmuş cədvəl üzrə davam etdirilir.